“Bu, Hacıbəyli ailəsinin təxribatıdır”- Müsavatda alternativ yaradılır
Bizi izləyin

Nida.az

“Bu, Hacıbəyli ailəsinin təxribatıdır”- Müsavatda alternativ yaradılır

Müsavatdan “hə bala, düz edirsiniz, artıq buna ehtiyac var” deyənlər var. Amma rəsmi hələ kimsə gəlib dəstək verməyib.


Müsavat Gənclər Təşkilatına son seçkilərdə seçkiyə buraxılmadığı üçün A. Hacılını tənqid edən və buna görə partiyadan uzaqlaşdırılan Samir Poladov Publika.Az –a açıqlamasında olduqca ilginc detallar açıqladı. O, gənclərə qarşı edilən bu hərəkətlərin əslində başqanlıq mübarizəsi ilə bağlı olduğunu, gənclərin namizədini sıradan çıxartmaq istədiklərini bildirir. Əks cəbhədə isə Hacıbəyli ailəsi var. S. Poladov belə deyir.

-Müsavatdan uzaqlaşdırılmışdınız. Üzvlüyə yenidən bərpa olunmaqla bağlı müraciət etmişiniz?

-Hələ bərpa olunmamışam. Amma hazırki vəziyyətdə müsavatdan gənclər çıxarılırsa mən nəyə görə qayıtmalıyam. Belə bir sual yaranır. Əgər təkrar çıxardacaqlarsa, niyə qayıdıb özümü biabır edim.

-Partiya üzvü olmasanız da bildiyim qədər GT-dən çıxarılanlarla birlikdə hərəkət edirsiniz?

-Bəli, eyni düşərgədə, eyni düşüncədəyik. Hətta yanvarın 29-da birgə həbs olunmuşduq.

“Gəncləri başqanlığı ələ keçirmək üçün uzaqlaşdırırlar”

-Partiyanın GT-da nə baş verir?

-Gəclər Təşkilatının sədrinin simasına fikir versək görərik ki, o boyda təşkilatı idarə edəcək nüfuza malik deyil. Bunu təhqir mənada demirəm. İnsanın görünüşündən də bilinir ki, o nəyə qadirdir. Belə də bundan sonra kim sözlərimi necə yozursa, özləri bilər, açıq meydandır, daxilimizdə müharibə vəziyyəti yaradılıb. Bu da partiya rəhbərliyi tərəfindən idarə olunur. Təbii ki, rəhbərlikdə hər kəs tərəfindən deyil, 2-3 şəxs tərəfindən. Onlar da bir müddət bundan qabaq bir-birilərini alovlu şəkildə təhqir etdilər, hətta Divanın iclasında bu müzakirə olundu. Sonradan aydınlaşdı ki, onlar bunu mətbuat yazsın deyə gündəmə gəlmək üçün ediblər. Bu insanlar bir-birilərinə dəstək verən, Müsavatı parçalamağa çalışan və Müsavat daxilində özlərinə yer ayırmağa çalışan insanlardır. Mən hazırda orda deyiləm, amma məlumatım var ki, bu başqanlığı ələ keçirmək, beləliklə də Müsavatı ələ keçirmək üçün gördükləri işdir. Bunun üçün də 8 gənci təşkilatdan uzaqlaşdırdılar, bir neçəsini də partiyadan. Lazım olsa özüm də bununla bağlı nəsə edərəm. Çünki mən Arif Hacılını təhqir etməklə partiyadan uzaqlaşdırılıramsa, nəyə görə onu təhqir edən digəri ordan uzaqlaşdırımır. Nədir, Arif Hacılı ondan qorxurmu, ona heç nə demir?

“İstəmirəm ki, kimsə mənim danışmağıma şərait yaratsın”

-Başqa təhqir edən olubmu?

-Bəli. Yanvar ayında Müsavat-AXCP məsələsində belə bir “inbox” yazısı çıxdı. Yazırdılar ki, Arif bəy nə etdiyini bilmir, əlavə sözlər, təhqirlər də səslənmişdi. Hər-halda bu yazılar qalır, əgər silinibsə mən tapıb verərəm, oxuyarlar. Mən Samir Poladov olaraq istəmirəm ki, kimsə mənim danışmağıma şərait yaratsın. Məni o həddə çatdırsın ki, adının bərabərlik mənası olan Müsavat Partiyasından bərabərlik tələb edim. Mən rəhbərliyi təhqir etdiyimə görə çıxarılmışamsa, nəyə görə o şəxs uzaqlaşdırılmır. Hansı ki, iki nəfərin arasında olan söhbətdir. Bu iki nəfərin heç biri nə vəzifəsindən uzaqlaşdırıldı, nə partiyadan.

-Maraqlıdır, siz baş verənlərin, gənclərin uzaqlaşdırılmasının başqanlıqla bağlı olduğunu deyirsiniz. Bu gənclərin başqanlığa namizədi kimdir?

-Mən şəxsən Tural Abbaslını dəstəkləyirəm. Hazırda rəsmi üzv olmadığım üçün rəsmi dəstək verə bilməsəm də, bununla bağlı təbliğat aparıram. Fikrimcə əgər Müsavat Partiyasında hazırda davam edən problemi həll edə bilmiriksə, deməli bunu həll edəcək yeni insana ehtiyac var. O da Tural Abbaslıdır.

“Bunlar Hacıbəyli ailəsinin müsavatçı ailəsinə qarşı təxribatıdır”

-Sosial şəbəkədə Tural Abbaslının qrupu var, orda siz və təşkilatdan uzaqlaşdırılan gənclər fəaldırlar. Dediklərinizdən çıxan nəticə belədir ki, başqanlıq mübarizəsində bu gəncləri zərərsizləşdirməklə əslində Tural Abbaslını sıradan çıxartmaq istəyirlər. Əvvəlki proseslər əks cəbhədə başqanlığa ən iddialı və şanslı namizəd Arif Hacılının olduğu ehtimalını ortaya çıxarır. Mətbuatda da bu iki şəxs arasında başqanlıq üçün mübarizə getdiyi haqqında məlumatlar var.

-Ad çəkmək istəmirəm. Məsələ belədir: 8 nəfərin hər birini kənara qoyaq, Rüfətlə Cavidi ön plana çıxardaq. Rüfət vicdan məhbusudur. Partiyada ad-san qazanmış insandır, həm də başqanın müşaviridir. Bu şəxsin haqqına girmək, seçkidə ona qarşı saxtakarlıq etmək, qərargahın bir çox yerlərində, səs vermə otağında, otağın qabağında postlar qurulmaq birmənalı olaraq kimin həmin şəxs odur. Bunlar Hacıbəyli ailəsinin müsavatçı ailəsinə qarşı təxribatıdır, propoqandasıdır. Cavid Hacıbəyli 9 gün sədr olur, onun sədrliyi Məclis tərəfindən qəbul olunduğu zaman birbaşa göstərişlə hardasa 2 il kurs oxumuş birini sədrliyə gətirirlər. Bunu necə ola bilər. Halbuki o şəxs mitinqlərdə olmayıb, heç bir zindan görməyib, əziyyət çəkməyib. Müsavat üçün adi icazəli mitinqdə iştirak etməmiş şəxs necə gəlib rəhbər ola bilər. Burda əlbəttə ki, kimsə dəstəyi var.

-Tural Abbaslını bütün müsavatçı gənclər dəstəkləyir?

-Bəli, rayon təşkilatlarından tutmuş bütün müsavatçı gənclərin namizədi Tural Abbaslıdır.

“Əşi Əhlimandır qoy işləsin, bizim uşaqdır”

-İkinci ən şanslı namizədin də Arif bəy olduğu deyilir.

-Biz müəyyən dərəcədə həyat yaşamışam. Türkiyədən yenicə gəlmişəm, ürəyim də nasazdır. Kimdənsə qorxub nəsə gizlətməyə halım da yoxdur. Amma mən açığı deyim ki, bu məsələdə tək Arif Hacılının yox, bir çoxlarının rolu var. Məsələn Cavanşir Abbaslı GT sədrinin vəzifəsindən uzaqlaşdırılması üçün Divana şikayət etdiyini deyir. Arif Hacılı və Razim bəy bunu təkzib edib, Gülağa Aslanlı da bildirir ki, nəsə olsa Divanda baxılacaq. Əgər Divan hər-hansı qərarı lazımi dərəcədə dəyərləndirirsə, məni uzaqlaşdırırsa, Arif Hacılını təhqir edənləri niyə partiyadan saxlayırlar. Hər-halda bunu da müəyyən dərəcədə yola verəcəklər. “Əşi Əhlimandır qoy işləsin, bizim uşaqdır” kimi söhbətlər olacaq. Amma bu sonu olmayan uçuruma aparan bir prosesdir. İstəməzdim ki, müxalifət daxilində də, ölkədə də problemlər olduğu halda, öz daxilimizdə problemlər olsun. Divan tənqid edir ki, daxili problem olmamalıdır, qruplaşma olmamalıdır. Qruplaşmanın olmaması üçün də 10 nəfər bu tərəfdən, 10 nəfər o tərəfdən oturub söhbət etməlidirlər. Gizli iclaslar keçirib kimisə partiyadan uzaqlaşdırmaq, yaxud təşkilatdan kənarlaşdırmaq göstərişlə olan işlərdir.

“Seçki vaxtı 100-dən artıq gənc bir həftə ərzində partiyaya üzv oldu və Əhliman bəyə səs verdilər”

-Siz 103 illik Müsavatın dağıtmaq istədiklərini deyirsiniz.

-Seçki vaxtı 100-dən artıq gənc bir həftə-10 gün ərzində partiyaya üzv oldu və Əhliman bəyə səs verdilər. Düzdür, rəsmi sənədim yoxdur əlimdə. Lakin gözümüz var, kor deyilik, nizam var, tərəzi var. Seçkidən sonra həmin şəxslərin heç biri nə partiyada, nə də hansısa iclasda iştirak etmir. Bu iki mənanı verir. Ya kimisə pul verib tapıb gətiriblər ki, “Bura bir imza at pulunu al get”, ya da birbaşa kiməsə, başqa bir adama işləyirlər və partiyanı dağıtmağa çalışırlar. Hansı güclü versiyadır, onu aqil insanlar analiz edərlər.

Hər kəs bilir ki, seçkidə Rüfət Hacıbəyli artıq seçilmişdi. İnsanın satılması təkcə gedib hardasa pul qarşılığında nəyindənsə keçmək deyil. İnsan şəxsiyyətini satırsa, deməli hər yerini satır. İnsan ki, əqidəsini, mənliyini, kişiliyini satırsa, deməli daha başqa heç nəyi yoxdur. Ona insan, şəxsiyyət demək mümkün deyil. Biz Məmməd Əmin Rəsulzadənin qurduğu Müsavat Partiyasından danışırıq, biz hardasa kiminsə 3-5 il əvvəl yaratdığı təşkilatdan danışmırıq. 37-də çəkilən zülmləri bunlar niyə danırlar. Nəyə görə kimlərsə gedib hardasa istirahət edəcək, kursa gedib gələcək, əziyyət, zülm çəkənlər, soyuq yerdə yatanlar kənarda qalacaq. Onlar da gəlib hazıra nazir olacaqlar. Çəkdiyimiz zülmlər, Tural Abbaslının çəkdiyi zülmlər, evlərinin dağıdılması, həbsxanalarda yatmaları hara getsin. Bu şəxslər ola-ola, kimsə gedib “cənab prezident deyənlər ortaya düşüblər. Nəyə görə belə şəxslər başqan seçilməlidir. İnan çox şey demək olar. Yaşa görə, bəzi şeylərə görə danışmırsan. Bəsdirin, ayıbdır, utanın, kişisiniz. Belə hərəkətlər vallah yolverilməzdir.
Əslində o zaman biz hərəkətə keçdik ki, ən gənc üzvümüz Cavanşir Abbaslıya qarşı gəldilər. Ən gənc üzvümüz Cavanşirin yerini onların ən üstünü verə bilməz.

Müsavatda alternativ təşkilat yaradılır

-Cavanşir Abbaslı deyib ki, alternativ gənclər təşkilatı yaradıla bilər.

-Lazım olacaqsa yaradacağıq. Qoy partiya tanımasın, amma belə olacaqsa bununla bağlı qərarımız var. Tarixindən məlumatım yoxdur, amma yaxın vaxtlarda yaradılacaq. Böyük dəstəyimiz də var.

-Dəstəyiniz Müsavat daxilindəndir?

-Müsavatdan “hə bala, düz edirsiniz, artıq buna ehtiyac var” deyənlər var. Amma rəsmi hələ kimsə gəlib dəstək verməyib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm