• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kiselyov: "Əliyev sözünün üstündə duran adamdır"

  • Nida.az
  • 20 Mart 2015 19:04
  • 553 Baxış
Kiselyov: "Əliyev sözünün üstündə duran adamdır"

“Rusiya bu gün” Beynəlxalq Agentliyinin rəhbəri Dmitri Kiselyov “Qafqazın səsi”nə Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətindən danışıb və ölkəyə olan son səfəri haqqında təəssüratlarını bölüşüb.

O, iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının bu gün Azərbaycanın bütün sferalarda məqsədyönlü inkişafını nümayiş etdirdiyini qeyd edib:

“Mənim Avropa Oyunlarına dəvətnaməm var və hətta bu yaxınlarda Azərbaycana olan səfərim zamanı oyunlara yüksək səviyyədə hazırlığın şahidi oldum. Müşahidə etdiyim bu hazırlıqlar məndə çox gözəl təəssürat oyatdı. Doğrusu, mən Azərbaycanda hökm sürən inkişaf və xoşməramlı mühitə heyranam. Mənimlə birgə respublikaya səfər edən həyat yoldaşım Maşa da ölkədən çox xoş təəssüratlarla ayrılıb. Təəssüf ki, biz yalnız Bakıda olduq, ancaq Azərbaycanın başqa şəhərləri də Avropanın bir çox şəhərlərindən daha yaxşı təsir bağışlayır”, – Kiselyov vurğulayıb.

Onun fikrincə, Azərbaycanla Rusiya arasında olan münasibətlər nəinki gələcək inkişaf üçün potensial, həmçinin, bu gün üçün də optimaldır. Kiselev bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səylərini də vurğulayıb: “Bu yaxınlarda baş tutan Xəzər forumunda Rusiyayla Azərbaycanın həmfikir mövqedən çıxış etməsini xatırlamaq kifayətdir ki, bu iki ölkənin yekdil tərəfdaş olduğunu dərk edək. İlk dəfə olaraq Xəzər forumunda əldə olunan sövdələşmələr Azərbaycanla Rusiya arasında heç bir problemin olmadığını sübut etdi”.
Dmitriy Kiselev Azərbaycan prezidentini sözünün üstündə duran bir şəxs kimi xarakterizə edib:

“Burda mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolunu xüsusilə qeyd etmək istəyirəm. Onun sözünün arxasında durmaq kimi bir xüsusiyyəti var. Hazırki dövrdə hətta böyük dünya liderləri də bu xüsusiyyətə malik deyil, amma cənab Əliyev başqalarına ibrət olacaq keyfiyyətləri nümayiş etdirir. Düşünürəm ki, məhz bu, Putinlə cənab Əliyev arasında mövcud olan etimad və dostluq münasibətlərini şərtləndirir. Onlar hər iksi əmindir ki, lazım olduğu məqamda dövlətlər bir-birini anlayacaq və bir-birinə köməklik göstərəcək.

Cənab Əliyevin sərtliyi və hətta deyərdim ki, strateji müdrikliyi ölkənin və xalqın gələcəyi üçün böyük perspektivlər vəd edir”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR