Nida.az
Milli Şuranın sessiyasında “Fatihə”: ad dəyişdirildi
Milli Şuranın sessiyası başlayıb. Publika.Az xəbər verir ki, AXCP-nin
qərargahında keçirilən sessiyada Milli Şuranın gələcək planları,
ölkədəki vəziyyət və bir neçə məsələ müzakirə olunacaq. Lakin
sessiyada 42 nəfər iştirak etdiyi üçün yetərsay hesab edilmir.
Sessiyada Milli Şuranın yeni əsasnaməsinin qəbul olunacağı gözlənilir. Həmçinin yeni üzvlərin qəbulu ilə bağlı da məsələlər müzakirə çıxarılacaq.
Qeyd edək ki, sessiya tıyin olunduğu vaxtdan 40 dəqiqə gec
başlayıb. Buna səbəbsə qurumun Koordinasiya Şurasının qapalı görüş
keçirməsi olub.Sessiyada diqqət çəkən məqam şura sədri Cəmil
Həsənlinin hansısa partiya sədri ilə deyil, Gültəkin Hacıbəyli ilə
birlikdə ön masada oturmasıdır.
Daha sonra Xocalı soyqırımının bir dəqiqəlik sükutla yad edilməsi
zamanı “Fatihə” surəsi gündəmə gəlib. Belə ki, bir dəqiqəlik
sükutun əslində bu sürənin oxunması olduğu, buna görə də sürənin
sona qədər oxunmasının vacibliyi qeyd edilib.
C. Həsənli də bildirib ki, soyqırımı qurum tərəfindən lazımınca yad ediləcək. Ukraynadakı hadisələrə toxunan C. Həsənli Suriya və ölkədə siyasi məhbus məsələsini qaldırıb.C. Həsənli Koordinasiya Şurasının adının dəyişdirildiyini deyib. O bildirib ki, struktur bundan sonra Koordinasiya Mərkəzi adlandırılacaq. Onun sözlərinə görə, Koordinasiya Mərkəzində əsasnaməyə edilən dəyişikliklər sessiyaya tövsiyə olunub.
Daha sonra AXCP sədri Əli Kərimi çıxış edib. O, Milli Şuranın
ölkədəki hadisələrə adekvat cavab verməli olduğunu deyib. Bu
istiqamətdə aparılan işi müsbət qimyətləndirib.
Asif
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO