Nida.az
ABŞ Azərbaycanın xarici münaqişələrə qoşulanlara qarşı qanunlarını alqışlayır
ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Monteneqronun Cinayət Məcəlləsinin 18 mart əlavəsi, Kosovonun 25 mart qanunu və İspaniyanın 26 mart tarixli yeni islahatı da daxil olmaqla, Avropalı tərəfdaşlarımızın xaricdə döyüşlərdə iştirak edənlərə qarşı qanunlarının təqdim edilməsini və ya təkmilləşdirilməsini alqışlayır:
“Həmçinin Albaniya, Avstriya, Azərbaycan, Bosniya-Herseqovina, Danimarka, Finlandiya, Fransa, İtaliya, Latviya, Makedoniya, Portuqaliya və Serbiya bu sahədə qanunlarını imzalayıb və ya icra ediblər. Misal üçün, Qərbi Balkan dövlətlərində xarici münaqişədə iştirak etmək və ya xarici münaqişədə iştirak məqsədilə insanları səfərbər etmək və maliyyələşdirmək qanunsuzdur. Bu kimi səylər bizim Vaşinqton nazirlər toplantısı zamanı müzakirə etdiyimiz vacib məsələyə, xarici terrorçuların axınının qarşısının alınmasına mühüm töhfə verir”.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO