• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Elmar Məmmədyarov ukraynalı deputatlarla görüşüb

  • Nida.az
  • 1 Aprel 2015 03:31
  • 283 Baxış
Elmar Məmmədyarov ukraynalı deputatlarla görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Azərbaycan ilə Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edən nazir hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə çatdırıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Azərbaycan ilə əlaqələrin inkişafına əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycan ilə müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub və əlaqələrin daha da inkişafı baxımından hökümətlərarası müştərək komissiyanın əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR