Roni Margulies: “Avropa və ABŞ məqsədli şəkildə islamofobiya siyasəti aparır”
Bizi izləyin

Nida.az

Roni Margulies: “Avropa və ABŞ məqsədli şəkildə islamofobiya siyasəti aparır”

Avropada və ABŞ-da zaman-zaman islamofobiyanın ən yüksək səviyyədə olduğu müşahidə olunur.


Publika.az xəbər verir ki, Almaniyada yaşayan jurnalist-yazıçı Roni Margulies Avropa və ABŞ-da müsəlmanlara qarşı məqsədli şəkildə ayrı-seçkilik edildiyini açıqlayıb: “ABŞ və Avropada islamofobiya uzun illərdir problem halını alıb. Bu da təbii ki, Nyu-Yorkda əkiz qüllələrə hücumdan sonra ortaya çıxdı.

Xüsusilə, Corc Buşun prezident olduğu dövrdə ABŞ-da və Avropada dövlətin əli ilə bu istiqamətdə təbliğat gücləndirildi. Bu da təsadüfi deyildi. Çünki Amerika İraqı, digər tərəfdən də Əfqanıstanı işğal edirdi. Orta Şərqdə etdiklərinin isə sayı-hesabı yoxdur. Hər şeyə rəğmən, bu hərəkətlərinə öz xalqı arasında legitimlik qazandırmağa məcburdur. Çünki bu prezidentlər seçki ilə başa keçirlər”.


Onun sözlərinə görə, islamofobiya irqçiliyə də geniş yol açır və buna görə də Avropada, xüsusilə İngiltərədə buna qarşı mübarizə aparanlar var.


“Avropa ölkələri islamofobiyaya qarşı siyasət yürüdən dövlət imici yaradırlar. Lakin həqiqətdə özləri bunu qızışdırır və istifadə edirlər. Üzdə isə bunu etiraf edə bilmirlər. Çünki onların hər birində demokratiyanın bərqərar olduğu fikri yaranıb. Lakin bu ölkələrdə, xüsusilə Amerikada məqsədli şəkildə müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti aparılır. Bu gün Şərqdən olan bir müsəlmanın ABŞ-a getmək üçün viza alması mümkün olan bir şey deyil. Bu, dövlət siyasətidir. Bir tərəfdən irqçiliyə qarşı olduqlarını göstərir, digər tərəfdən, irqçiliyi qızışdırırlar”, - deyə almaniyalı yazar vurğulayıb.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm