Nida.az
Bakıdan başlayan yeni ittifaq Avropanın orbitini dəyişəcək
Avropa Birliyi gücdən düşür və bu zəiflik təkcə mərkəzi
Avropada deyil, eyni zamanda Balkanlarda və Cənubi Avropada da hiss
olunur. “Köhnə Qitə”də baş verənlər, yaşanan böhranlar yeganə
mümkün nəticəyə gəlmək üçün əsas yaradır: Adriatik və Balkan
coğrafiyası Avropa Birliyində qala bilmir.
Publika.az xəbər verir ki, Türkiyənin “Akşam”
qəzeti Bakıdan Balkanlara qədər ərazidə yarana biləcək yeni ittifaq
ehtimalını dəyərləndirib.
Qəzet yazır ki, Balkanlar daha çox Almaniyanın təsiri
altındadır. Lakin indi vəziyyət dəyişir. Əlbəttə, bu, Avropa
Birliyinin dağılması deyil. Sadəcə olaraq, orbit dəyişir və Avropa
Birliyinin mərkəzi Almaniya olmayacaq. Bu isə yeni ittifaqın
perspektivini açır.
Yeni ittifaq Balkanlar, Adriatik ölkələri, Türkiyə, Ukrayna,
Gürcüstan və Azərbaycanı əhatə edə bilər.
TAP TANAP-ın davamı olaraq reallaşdırılacaq. Cənubi Qaz Dəhlizi
Qafqazla Adriatiki bir-birin bağlayır. Bakının nəqliyyat marşrutu
olan Bakı-Tiflis-Qars bu ittifaqı birləşdirəcək bağ olacaq. Bu
layihə Türkiyənin “Marmara” layihəsi sayəsində Çinin dəmiryolu
şəbəkəsini Avropaya bağlayacaq və bu, “Yeni İpək Yolu”nun
özüdür.
Hazırda Türkiyə parlament seçkilərinə hazırlaşır. Belə bir
məqamda yeni oyunlar oynanılır. Lakin Türkiyə hələ də öz iqtisadi
gücünü qoruyub saxlaya bilir.
Ehtimal olunan yeni ittifaq fonunda Türkiyə prezidentinin güclü
və özünəməxsus prezident sistemi haqda bu qədər israrla
dayanmasının səbəbi bəllidir. Avropanın orbitini dəyişdirəcək
ittifaqın ilkin təməlləri atılır.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı