Nida.az
Azərbaycandan Rusiyaya rəsmi TƏŞƏKKÜR
Azərbaycan Rusiyaya azərbaycanlıların Yəməndən təxliyyəsində göstərdiyi dəstəyə görə təşəkkür edir.
Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib.
O bildirib: "Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik. Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik".
H.Hacıyev qeyd edib ki, növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir: "Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik".
Onun sözlərinə görə, ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var: "Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib".
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirməni davam etdirir: "Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir".
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan