İsa Qəmbərin müşaviri: “Başqan Qubad İbadoğlu olmalıdır”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşaviri: “Başqan Qubad İbadoğlu olmalıdır”

Praktikada da belə şeylər olmayıb. Bundan əvvəl qadınlar biriyinə, ondan da öncə gənclər təşkilatına seçkilər oldu


“Mən Müsavatda başqanlıq seçkilərində Qubad İbadoğluna dəstək verəcəyəm”. Bu barədə Müsavat başqanının müşaviri Hüseyn Məlik Publika.Az –a açıqlamasında başqanlıq məsələsində münasibət bildirərkən deyib.

Qeyd edib ki, İsa Qəmbərin başqan olaraq qalmasına cəhd edəcəklər: “hesab edirik ki, onun başqanlıqdan getməməsi daha yaxşı olar. Qurultay nümayəndələrinin də əksəriyyəti bunu istəyir. Əgər belə olacaqsa İsa bəyin getməməsi üçün qurultay nümayəndələri ilə həmfikir olacam. Yox, əgər nizamanmədə dəyişiklik olmayacaqsa, öz seçimimi edərək namizədlərdən birinə səs verəcəm. Artıq öz seçimimi etmişəm. Mən başqanlıq seçkilərində Qubad İbadoğluna dəstək verəcəm, onun təbliğatçısı olacam. O da artıq öz iddiasını ortaya qoyub. Hesab edirəm ki, Qubad İbadoğlu intellektual səviyyəli ziyalımızdır, eyni zamanda birləşdirici fiqurdur. O, konflikti sevmir, bu baxımdan da o, başqan olmalıdır. Bunu daha uyğun variant hesab etdiyim onu dəstəkləyəcəm”.

Digər şanslı namizədlərin olduğunu da deyən H. Məlik qeyd edib ki, hər kəs, o cümlədən Arif Hacılı da, Tural Abbaslı da namizədliyini verə bilər. “Şəxsən mən Qubad İbadoğluna dəstək verəcəm. Amma bilirəm ki, buna alternativlər də olacaq. Qalib isə daha yaxşı təbliğat aparan şəxs olacaq. Kim daha yaxşı işləsə qurultay da onu başqan edəcək”-deyə o bildirib.

İsa Qəmbərin hansı namizədə üstünlük verməsinə gəlincə, müşavir bildirib ki, başqan heç vaxt hansı namizədə üstünlük verdiyini açıqlamaz: “Praktikada da belə şeylər olmayıb. Bundan əvvəl qadınlar biriyinə, ondan da öncə gənclər təşkilatına seçkilər oldu. O zaman da isa bəy mövqeyini gizli saxladı. Çünki başqan açıq formada kimə dəstək verdiyini dilə gətirsə, bu, həmin şəxsin artıq qələbə çalması deməkdir. Buna görə də İsa bəy bu dəfə də mövqeyini gizli saxlayacaq. Kimə səs verəcəyini də bir özü biləcək, bir də Allahı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm