Nida.az
“Le Figaro”: “Cənubi Qafqaz Rusiyaya statusunu qaytarmaq üçün lazımdır”
“Vladimir Putin bütün vasitələrlə Rusiyaya böyük dövlət statusunu qaytarmağa çalışır”.
Publika.az xəbər verir ki, Fransanın “Le Figaro”
nəşri post-sovet məkanında siyasi prosesləri araşdırıb.
Nəşr yazır ki, Rusiya liderləri ölkəyə SSRİ-nin hərbi gücünü
qaytarmaq və keçmiş imperiyanın parıltısını bərpa etməyi arzu edir.
Bunun üçün bir sıra əhəmiyyətli məsələlər var. Onların sırasında
Cənubi Qafqaz əsas yerlərdən birini tutur.
“Rusiya Xarici İşlər Nazirliyi aprelin 2-də İranın nüvə problemi
ilə bağlı razılığa gəlinməsinə münasibət açıqlayarkən, Moskvanın
əvvəlki kimi bu regionda əsas rol oynadığını dilə gətirir. Hesab
olunur ki, İran neytrallaşdırıldıqdan sonra Qərb üçün Rusiya daha
asan tikə olacaq. Lakin hələlik sanksiyalar qüvvədədir və onların
ləğv olunmaması ehtimalı az da olsa var”, - deyə məqalədə qeyd
olunur.
Nəşr son dövrlər post-sovet məkanında birləşmə prosesinin davam
etdiyinə diqqət çəkir: “Martın 19-da Rusiya Cənubi Osetiya ilə
müqavilə imzaladı. Martın 20-də Qazaxıstan və Belarus Rusiya ilə
birgə regional valyuta ittifaqını formalaşdırmağı təklif etdilər.
Ukraynanın cənub-şərqində Rusiya təsiri əvvəlki kimi qalır.
Barışığa baxmayaraq, artilleriya yenidən işə düşür. Hələlik
humanitar, iqtisadi və maliyyə böhranı yoxdur. Beynəlxalq Valyuta
Fondu Ukraynaya 40 milyard dollar yardım etdi.
Lakin ölkənin zəifliyi hər keçən gün daha açıq şəkildə hiss olunur. Digər tərəfdən, Kiyev hökuməti üçün problem təkcə separatçılar deyil. Eyni zamanda, oliqarxlar da problemə çevrilir. Bu cür vəziyyət Rusiya üçün sərfəlidir. Moskva bu gün Polşa və Litvaya da təsir etmək niyyətindədir. Rusiya liderləri SSRİ-nin keçmiş hərbi gücünü yenidən Rusiyaya qaytarmaq istəyir. Qərb sərhədlərini möhkəmlətmək vacib amilə çevrilib. Burda Cənubi Qafqaz daha vacib faktordur. Rusiya bu regionda təsir imkanlarını saxlamağı bacarır. Cənubi Qafqaz Rusiyaya böyük imperiya gücünü qaytarmaq üçün olduqca vacibdir. Hansı ki, region ölkələrindən Ermənistan tamamilə Moskvanın təsirinə girib. Azərbaycan öz neytral siyasətini davam etdirir və şəxsi maraqlar prizmasından hərəkət edir. Gürcüstan Qərb yolunu tutsa da, Moskvanın gizli təsirləri bu ölkəyə də var. Rusiya bu gün Yaxın Şərqdə də öz təsir imkanlarını genişləndirib və müəyyən məsələləri diktə edə bilir”.
“Le Figaro” qeyd edir ki, Rusiya Avrasiyada güclüdür və Kremldə
böyük dövlət statusunun qaytarılması üçün daim işləyirlər.
Asif Nərimanlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi