Nida.az
Qubad İbadoğlu: “Müsavat hələ də İsa Qəmbər tərəfindən avtoritar qaydada idarə olunur”
“Müsavat İsa Qəmbər tərəfindən avtoritar qaydada idarə olunur”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, Müsavat
Partiyası sıralarından çıxarılan Qubad İbadoğlu birinci müavini
Vurğun Əyyubun Müsavat Məclis üzvlüyündən çıxarılmasına münasibət
bildirib.
Q. İbadoğlu Publika.az-a açıqlamasında bildirib ki, Vurğun Əyyubun
Məclis üzvlüyü statusuna xitam verilməsi Müsavat Partiyasının
hazırkı rəhbərliyinin buraxdığı kobud səhvlərin davamıdır:
“Məclisdə bu məsələ ilə bağlı müzakirələr onu göstərdi ki,
demokratik təfəkkürü formalaşmayan şəxslərin həm hakim və həm də
müxalif partiyaya rəhbərlik etmələri çox təhlükəlidir. Müsavat
Məclisi məlum qərarı ilə müxtəlif fikirliliyə hörmətsizlik nümayiş
etdirdi. Məclis üzvləri bu qərarla həmçinin partiyanın rəhbər
strukturlarının qeyri-legitim olmasına əlavə arqumentlər yaratdılar
və bir daha göstərdilər ki, partiya daxilində legitimlik
probleminin olmasını onlar özləri də qəbul edirlər”.
“Vurğun Əyyubun gündən-günə artan nüfuzundan
ehtiyatlanırlar”
Onun fikrincə, Məclis məlum qərarın qəbulunu səsvermə ilə deyil,
bir nəfərin - keçmiş başqan İsa Qəmbərin təklifi əsasında həyata
keçirməsi ilə ortaya üç nəticə qoyuldu: “Birincisi, partiya hələ də
avtoritar qaydada və köhnə başqan tərəfindən idarə olunur.
İkincisi, partiyada Nizamnamə pozuntusuna Divan, MNTK-dan sonra
Məclis də cəlb olundu. Üçüncüsü isə partiyada Vurğun bəyin
gündən-günə artan nüfuzundan ehtiyatlanırlar. Əgər səsvermə
olsaydı, Vurğun bəyin Məclis üzvülüyündən kənarlaşması təsdiq
olunmaya bilərdi”.
“Məclis də Nizamnamə pozuntusuna cəlb olundu”
Q. İbadoğlu müavininin Məclisdən çıxarılmasının onun üçün
gözlənilən olduğunu bildirib.
“Vurğun bəyin Məclis üzvlüyü statusuna xitam verilməsini sakitliklə
qarşıladım. Çünki xitam verilmə formatının bu cür seçilməsi
göstərdi ki, onları Müsavatın Nizamnamə tələbləri deyil, sadəcə
Vurğun bəyin Məclisdən kənarlaşdırılması düşündürürdü. Ona görə də
bu qərarı Müsavat Partiyasının hazırkı rəhbərliyinin buraxdığı
kobud səhvlərdən biri kimi qiymətləndirəm. Sadəcə yeganə fərq o idi
ki, bu halda Məclis də Nizamnamə pozuntusuna cəlb olundu”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO