Cəmil Həsənli Ukraynaya gedəcəkmi? - Açıqlama
Bizi izləyin

Nida.az

Cəmil Həsənli Ukraynaya gedəcəkmi? - Açıqlama

“Bizim Ukrayna xalqına, demokratik hərəkatına dəstəyimiz, onları müdafiə etməyimiz dəyişən vəziyyətə uyğun olaraq hansısa formada öz ifadəsini tapa bilər”.

“Bizim Ukrayna xalqına, demokratik hərəkatına dəstəyimiz, onları müdafiə etməyimiz dəyişən vəziyyətə uyğun olaraq hansısa formada öz ifadəsini tapa bilər”.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.Az -a açıqlamasında Ukrayna xalqına dəstək üçün hansı addımları atmağı düşündükləri barədə suala cavab olaraq deyib.

C. Həsənli hadisələrin hazırda saatbasaat davam etdiyini deyib. Ukraynaya getmək fikrinin olmasına gəlincə, C. Həsənli qeyd edib ki, bununla bağlı mətbuata məlumat veriləcək: “Ukrayna hadisələri ilə bağlı nə addım atsaq mətbuata öncədən məlumat veriləcək. Sessiyamızda Milli Şura Ukrayna xalqının mübarizəsinə dəstək verdiyini bildirdi. Orda qan tökülməsindən, insan ölümlərindən narahatıq. Biz Ukrayna demokratik hərəkatına öz sayğımızı, rəğbətimizi ifadə etdik. Təəssüf edirik ki, oradakı qarşıdurmada çoxlu sayda insanlar həyatını itirib”.

Milli Şura sədri qeyd edib ki, Ukrayna xalqının mübarizəsi ədalətli xarakter daşıyır və qələbə ilə nəticələnək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm