AzərTAc-ın İran müxbiri yeni vəzifəyə təyin olundu - ÖZƏL
Bizi izləyin

Nida.az

AzərTAc-ın İran müxbiri yeni vəzifəyə təyin olundu - ÖZƏL

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Naxçıvan Muxtar Respublikasında (MR) Bürosu yaradılıb.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) Naxçıvan Muxtar Respublikasında (MR) Bürosu yaradılıb. Bu barədə Publika.Az-a açıqlamasında AzərTAc-ın Baş direktorunun müavini Dağbəyi İsmayılov məlumat verib.

Yeni yaradılan büronun hələlik 2 nəfərlik ştatdan ibarət əməkdaşının olacağını vurğulayan D.İsmayılov artıq sözügedən heyətin də formalaşdığını söyləyib. Onun sözlərinə görə, yeni heyətə büro rəhbəri və müxbir daxildir. D.İsmayılov deyib: “Artıq AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Hacıyev (Şahtaxtı) da Naxçıvan bürosuna rəhbər vəzifəsinə təyin olunub. Büronun xüsusi müxbiri isə Tural Ağayev (Kəngərli) olacaq. Büronun yaradılmasında əsas məqsəd blokada şəraitində olan Naxçıvan MR-dan informasiyaları dünyaya daha geniş yaymaqdır. Düşünürəm ki, Naxçıvanla bağlı təbliğat işini, o cümlədən xəbərləri dünyaya daha geniş çatdırmaqda büronun böyük faydası olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm