ABŞ səfiri: "Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək"
Bizi izləyin

Nida.az

ABŞ səfiri: "Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız davam edəcək"

“Kibertəhlükəsizlik problemi kifayər qədər yüksəkdir və bu, milli təhlükəsizlik problemidir. Bu problem ABŞ-da da çox aktualdır”.

Trend-in xəbərinə görə, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi, Azərbaycan XİN, ABŞ səfirliyinin dəstəyilə "İnformasiya dövründə Milli Təhlükəsizlik" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən bildirib:

"Bu təhlükələr tez-tez olur. Prezident Obama da bu sahənin daha da güclənməsi ilə bağlı sərancam imzalayıb”.

Səfir qeyd edib ki, bu tədbirin keçirilməsilə Azərbaycan bu sahəyə böyük töhfə verir. O bildirib ki, Azərbaycan kommunikasiya strategiyasında regional liderə çevrilməyə çalışır və ABŞ bu sahədə Azərbaycanı dəstəkləyir: “Biz ö natiqlərimizi gətirmişik ki, onlar öz təcrübəsini sizinlə bölüşsün. Düşünürük ki, ölkələrimizin bu sahədə əməkdaşlığı davam edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm