Liviyanın parçalanma prosesinə son qoyulur?
Bizi izləyin

Nida.az

Liviyanın parçalanma prosesinə son qoyulur?

Əlcəzair hökumətinin təşəbbüsü ilə Liviyanın bir-birinə qarşı silahlı mübarizə aparan tərəfləri arasında münaqişəyə son qoymaq üçün siyasi danışıqların növbəti mərhələsi keçirilib.


Publika.az ərəb mediasına istinadən xəbər verir ki, Liviyada qarşıduran tərəfləri təmsil edənlərin iştirakı ilə keçirilən görüşdə əsasən bu ölkənin tanınmış siyasi xadimləri və cəmiyyətin müxtəlif qruplaşma və partiyalarından olan 21 nümayəndə, eləcə də qonşu ölkələrin diplomatları, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Bernardino Leon iştirak edib.

Danışıqlar gedişində iştirakçılar terrorçuluğa qarşı mübarizənin əhəmiyyətini xüsusi qeyd edərək xarici müdaxilənin yolverilməzliyini vurğulayıblar. Danışıqlarda keçid xarakterli milli birlik hökumətinin yaranması, yeni konstitusiyanın qəbulu, yeni hökumətin başçısı və onun müavininin kimliyi kimi məsələlər əsas müzakirə obyekti olub. Danışıqlarda tərəflər ixtilafın siyasi dialoq yolu ilə həllinə üstünlük verərək növbəti danışıqların proqramı barədə ümumi razılığa gəliblər.


Xatırladaq ki, Əlcəzair hökumətinin təşəbbüsü ilə Liviyanın bir sıra siyasi partiyalarının və siyasi fəallarının iştirakı ilə ilk görüş 10-11 mart tarixlərində paytaxt Əlcəzairdə keçirilib. Bəllidir ki, Liviyada vətəndaş müharibəsi və kütləvi qətllərlə müşahidə olmuş hakimiyyət dəyişikliyindən sonra ölkənin ərazi bütövlüyünə böyük təhlükə yaranıb. Ayrı-ayrı regionların muxtariyyət tələbi səsləndirilib. Hətta Liviyanın tarixi regionlar üzrə parçalanacağı proqnozlaşdırılırdı. Əlcəzair hökumətinin təşəbbüsü ilə baş tutmuş danışıqların iştirakçıları bu proqnozları alt-üst edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm