Qubad İbadoğlunun Müsavatdan çıxarılması müzakirə olunub - ABŞ-da
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun Müsavatdan çıxarılması müzakirə olunub - ABŞ-da

ABŞ-da Qubad İbadoğludan Müsavat Partiyasından çıxarılma səbəbi haqda soruşublar”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin katibi Arifə Hüseynli deyib.


Onun sözlərinə görə, Q. İbadoğlunun çıxarılması haqda ABŞ Müsavat Partiyasına sorğu göndərməyib: “Müsavat Partiyasına heç bir sorğu göndərilməyib. Müsavat Partiyası iqtidar deyil ki, ona sorğu göndərilsin və ya nəsə tələb edilsin. Lakin Müsavat Partiyasında verilən qərarlarla bağlı dəyərləndirmələr aparılır və imic məsələsi gündəmə gəlir. Buna baxmayaraq, Müsavat rəhbərliyi münasibət bildirməli idi. Mən belə düşünürəm”.


A. Hüseynli Suraxanı rayon təşkilatının Şura iclasının parlament seçkilərində Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi haqda qəbul etdiyi qərarın Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) tərəfindən ləğvinə də münasibətini bildirib. Onun sözlərinə görə, Müsavatda rayon təşkilatları öz Şura iclaslarını hər ay keçirir: “Keçən iclas martın 27-də olub. Aprel ayında keçiriləcək növbəti Şura iclasında təşkilati məsələlərə baxarkən, parlament seçkilərinə namizədlərin yenidən sürülməsi məsələsinə də baxıla bilər. Amma yenə də eyni şəxslərin namizədliyini irəli sürəcəyik. Başqa Şura üzvləri də öz namizədini və namizədliyini irəli sürə bilər. Amma son qərar səsvermədən asılı olacaq”.


A. Hüseynli seçkilərdə özünün namizəd olmayacağını açıqlayıb.


“Müsavat Partiyası Suraxanı rayon təşkilatı öz ərazisini əhatə edən dairələrdən namizədlərini müəyyən edib. O iclasda mən öz namizədliyimi irəli sürmədim, mənim namizədliyimi də irəli sürmək istəyənlərə təşəkkürümü bildirdim. Seçki kampaniyası dövrü vəziyyət necə olacaq, şərtlər nəyi deyəcəksə, o zaman qərarıma yenidən baxa bilərəm. Amma namizədliyi irəli sürülən dostlarımıza bütün gücümlə kömək edəcəyəm”, - deyə o bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm