Nida.az
Əli Həsənov: “Avropa Parlamenti ilə əlaqələrə yenidən baxmalı olacağıq”
Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, l Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 16-da jurnalistlərə
açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, bu qətnamənin qəbul edilməsi hazırda
Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq
qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili
standartlar və islamofob əhval-ruhiyyə hökm sürdüyünü göstərir:
“Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və
qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında
həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara
qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun
qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi
qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar
qəbul etməyiblər. Tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci
ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb.
Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı
silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıblar, türk
ordusuna qarşı hücumlar təşkil ediblər, ayrı-ayrı şəhər və
qəsəbələrdə kütləvi qətllər törədiblər, əhaliyə qarşı qeyri-insani
aksiyalar həyata keçiriblər.
Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni
vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin
bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı
baş verməyib, sadəcə, müharibə şəraitinin tələblərinə müvafiq
olaraq həyata keçirilən aksiyalar öz sərtliyi ilə seçilib. Buna
görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta istinad
etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup
siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri
qiymətləndirməsi kökündən yanlışdır. “Erməni soyqırımı” haqqında
iddialar subyektiv mülahizələrə söykənib, islamofob, anti-müsəlman
və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də
müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların
nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif
etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq
cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında
cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə
hadisə olmayıb və bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı
dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq
meydana çıxır. Həmin dairələr hazırda Rusiyaya qarşı
formalaşdırılan birliyə qoşulmadıqlarına görə, Türkiyə və
Azərbaycandan qisas alırlar. Biz, belə yalanlarla, “qara piar”
kampaniyaları ilə “Avrovision” mahnı müsabiqəsi zamanı, Ramil
Səfərov Azərbaycana ekstradisiya olunarkən qarşılaşmışıq və indi də
l Avropa Oyunları ərəfəsində həmin dəst-xətti açıq müşahidə
edirik”.
Əli Həsənov onu da qeyd edib ki, bu qətnamə Avropa Parlamentinin
birinci belə subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan
mahiyyəti kəsb edən qərarı deyil: “Yəqin ki gələcəkdə də biz bu
tipli “qərarların” şahidi olacağıq. Nə Azərbaycan, nə də Türkiyə
özlərini anti-qərb mövqeyində hiss etmirlər və Qərblə bütün
sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa
hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də
Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm
sürməkdədir. Onlar israrla müsəlman dünyasını yanlarında deyil,
qarşılarında görmək istəyirlər. Bu siyasətin Qərbə nə verəcəyini
tarix özü göstərəcək. Amma biz dövlət olaraq imkan verə bilmərik
ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin
olunsun və real həqiqət kimi zorla insanların beyninə
yeridilsin”.
Əli Həsənov qeyd edib ki, bu qərardan sonra Azərbaycan Avropa
Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq: “Azərbaycan
Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırıb.
Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı
olacağıq”.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı