Nida.az
ABŞ-ın Arkanzas ştatı Azərbaycana aid qətnamə qəbul edib
20 fevral tarixində ABŞ-ın Arkanzas ştatının senatı
tərəfindən "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və
ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının
dəstəklənməsinə çağıran Qətnamə" yekdilliklə qəbul
edilib.
Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi
məlumata görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının
müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi,
ölkəmizin Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu
vurğulanır.
Burada enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin
qeyri-qanuni dövriyyəsinə və insan alverinə qarşı mübarizə və
kütləvi qırğın silahlarının yayılmaması sahələrində ölkəmizlə ABŞ
arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilir.
Sənəddə həmçinin Azərbaycanın iqtisadi sahədə imza atdığı uğurlar
və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru
kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı
layihələrin həyata keçirilməsində ölkəmizin aparıcı rolu qeyd
edilir.
Qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış qalan
münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər etməsinə imkan
verilməməsinin vacibliyi qeyd olunaraq NATO, BMT, İslam Əməkdaşlığı
Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması
xüsusilə vurğulanır.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə Arkanzas ştatı qanunverici
orqanının hər iki palatası tərəfindən Xocalı qətliamının 21-ci
ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ