Fransa jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
Bizi izləyin

Nida.az

Fransa jurnalında Azərbaycan haqqında məqalə dərc edilib

Parisdə nəşr olunan “Le nouvel observateur” jurnalının yeni çapdan çıxmış nömrəsində Azərbaycan haqqında “Qara qızıl ölkəsinin zənginliyi” sərlövhəli məqalə dərc olunub.

Parisdə nəşr olunan “Le nouvel observateur” jurnalının yeni çapdan çıxmış nömrəsində Azərbaycan haqqında “Qara qızıl ölkəsinin zənginliyi” sərlövhəli məqalə dərc olunub.

Məqalənin əvvəlində bildirilir ki, Bakı gündən-günə gözəlləşir, paytaxtın yeni rəmzləri olan Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və digər tikililər şəhərin sürətli inkişafından və yaxın zamanlarda Qafqazın Dubayına çevriləcəyindən xəbər verir.

Nəhəng ticarət mərkəzləri, beşulduzlu mehmanxanalar, yaraşıqlı və müasir yaşayış binalar Azərbaycan iqtisadiyyatının sürətli inkişafına, respublikanın getdikcə varlı bir ölkəyə çevrilməsinə dəlalət etdiyi xüsusi vurğulanır.

Məqalədə qədim İpək Yolu üzərində yerləşən ölkənin paytaxtında UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən və qədim abidələrlə zəngin İçərişəhərdə möhtəşəm Qız qalası və Şirvanşahlar sarayı tarixi abidələrinin olduğu və onların dövlət tərəfindən qorunduğu barədə fransız oxuculara məlumat verilir.

Məqalənin müəllifi Jil Jiuglio yay aylarında Bakı sakinlərinin sevimli istirahət yeri olan bulvarın şəhərə xüsusi yaraşıq verdiyini, burada mənalı dincəlmək üçün hər cür şərait yaradıldığını, Xəzər dənizi boyunca yerləşən Milli Parkın bir neçə ildən sonra uzunluğunun 25 kilometrə çatdırılacağını, gecələr Bakının daha da füsunkar olduğunu və dünyanın inkişaf etmiş ölkələrinin paytaxtları ilə bir səviyyədə dayandığını qeyd edir.

İçərişəhərin turistlərin diqqətini daha çox cəlb etdiyini yazan müəllif “Karvansaray“ restoranında Azərbaycanın zəngin mətbəxini təcəssüm etdirən müxtəlif çeşidli və dadlı yeməklərin təqdim olunduğunu, burada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş ənənəvi milli muğam musiqisi ilə yanaşı, caz musiqisinin də səsləndiyini xüsusi vurğulayır.

Məqalə ölkəmizi, paytaxtımızı, zəngin mədəni irsimizi və mətbəximizi, turizm imkanlarını fransızlara tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm