Qamət Süleymanovdan ittihamlara cavab: “Yollarını azıblar” - VİDEO
Bizi izləyin

Nida.az

Qamət Süleymanovdan ittihamlara cavab: “Yollarını azıblar” - VİDEO

Qamət Süleymanovdan ittihamlara cavab: “Yollarını azıblar”

“Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov vaxtilə onun ətrafında namaz qılıb, sonradan ondan üz döndərənləri əsas gətirərək onun haqq olmadığı ilə bağlı deyilənlərə münasibət bildirib.

Publika.Az xəbər verir ki, Q. Süleymanov bildirib ki, onun yanından gedənlərin özləri buna layiq deyil: “Yaxud yollarını azıblar. Misal üçün səhabilərin zamanında xəvariclər azdılar. Buna səhabələr nə etsin. Kimlərsə bunu deyirsə, bu o demək deyil ki, biz haqq deyilik.

Peyğəmbəri görənlərdən belə sonradan dönənlər olub. Kimsə gedirsə bu o demək deyil ki, sən batilsən. Sadəcə olaraq bu cür hadisələrdən istifadə edərək öz ətrafındakıları sakitləşdirmək üçün istifadə edirlər.

Deyirlər ki, filankəs onun yanında idi, gəlib bizim yanımıza. Yaxud gedib Kislovodskaya. Bu əsassızdır və insanın batil olması demək deyil. Sadəcə bidət əhli ətrafındakıları rahatlaşdırmaq üçün bunu deyirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm