• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sərdar Cəlaloğlu qardaşına görə Arif Hacılıya cavab verdi

  • Nida.az
  • 28 Fevral 2014 12:21
  • 1 536 Baxış
Sərdar Cəlaloğlu qardaşına görə Arif Hacılıya cavab verdi

“Mənim Qurbanla münasibətim yoxdur, onu müdafiə etmək fikrim də yoxdur. Amma hesab edirəm ki, Arif bəy bu məsələdə qərəzlidir”.

Bu barədə həbsdə olan hüquqşünas Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının Q. Məmmədovu Müsavata qarşı kampaniya aparmaqda ittiham etməsinə cavab olaraq deyib.

S. Cəlaloğlu qeyd edib ki, A. Hacılı vaxtilə həbsə olarkən mitinqlərin keçirilməsi ilə bağlı bəyanat verdi, lakin bu bəyanatına görə, indi heç kəs onu qınamır: “Halbuki həmin bəyanat Müsavat və AXCP-də böyük narazılıq yaratmışdı. Həmin bəyanatdan sonra da Arif bəy azadlığa buraxıldı.

Mən də onun azadlığa çıxmasının tərəfdarı idim. Lakin indi həbsdə olan Qurban bəylə bağlı belə danışmaq doğru deyil. Əgər Qurban bəy bu sözləri hökumətin xoşuna gəlsin deyə səsləndirmək istəsəydi, o zaman İsa Qəmbərin deyil, Əli Kərimlinin haqqında danışardı.

Çünki o, Əli Kərimliyə daha yaxındır və bu gün hökumət üçün daha çox arzuolunmaz şəxs Əli Kərimlidir, nəinki İsa Qəmbər. Darda olan bir insan obyektiv gerçəklikləri düzgün dəyərləndirmirsə, ola bilsin subyektiv yanaşırsa, bunu Müsavata qarşı hesab etmək doğru deyil. Guya 2005-ci ildə İsa bəy udub, ya uduzub deməklə Qurban hökumətə nə xidmət edib”.

S. Cəlaloğlu qeyd edib ki, həmin seçkilərlə bağlı Avropa Məhkəməsinin qərarı var. Onun sözlərinə görə, İsa Qəmbər və digərləri məhkəmə qərarının sonuna qədər getmədilər.

“Mən və 5-6 nəfər sona qədər getdik, amma onlar hökumətlə anlaşmaya gedərək kompensasiya aldılar. əslində o vaxt seçkinin nəticələri qeyri-müəyyən idi. Bu baxımdan kimin udub, kimin uduzduğunu demək doğru deyil. Mən Qurban bəyi də bu sözlərinə görə, qınayıram. Çünki İsa Qəmbərin qalib gəlmədiyini demək tamamilə əsassızdır”-deyə ADP sədri bildirib.

Qeyd edək ki, Q. Məmmədov 2005-ci il seçkiləri ilə bağlı deyib ki, “Məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova”.

A. Hacılı isə ona cavabında “Hörmətli hüquqşünas Müsavat partiyasına, onun başqanına qarşı təbliğat kampaniyasina o qədər aludə olub ki, o zaman üzvü olduğu "Azadlıq" blokunun 2005-ci il parlament seçkilərinin azad və ədalətli olmaması barədə qərarını, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin konkret olaraq 20 Saylı Nərimanov seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması barədə hökmünü nəzərə almadan Adil Əliyevi xalq tərəfindən seçilmiş həqiqi millət vəkili adlandırır”-deyə Müsavat rəsmisi qeyd edib” deyə bildirib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR