Ankara Güləni Ağ Evdən tələb edir: istiqamət İmralı?
Bizi izləyin

Nida.az

Ankara Güləni Ağ Evdən tələb edir: istiqamət İmralı?

Ankara Güləni Ağ Evdən tələb edir: istiqamət İmralı?

Rəsmi Ankara Fətullah Gülənin Türkiyəyə verilməsini ABŞ-dan tələb edir.

Publika.Az xəbər verir ki, bu barədə “Hüriyyət” qəzetinin Ankaradakı keçmiş təmsilçisi Metehan Demir “Twitter” səhifəsində yazıb. Onun atdığı “twitt”də deyilir: ““Etibarlı qaynaq: Ankara Fətullah Gülənin Türkiyəyə dönməsi məsələsində Amerikadan tələb etmək üçün hazırlığa başlayıb”.

İki gün öncə hökumətə yaxın yazarlarında olan Abdurrahman Dilipakın “Ərdoğanın Obamaya Gülənlə bağlı narahatlığını çatdırmasını bir kənara qeyd edin” sözləri də bunun fonunda diqqətləri çəkir.

Yazar qeyd edir ki, Pensilvaniyadakı zatın (F. Güləni nəzərdə tutur-red) baş verənlərin nə qədər fərqində olduğunu bilmir: “Bilmirəm o Amerikadakı dostlarını aldadır, yoxsa amerikalı dostları onu. Amma görünən odur ki, gələcək günlər keçən günləri xatırladacaq.

Onu deyə bilərəm ki, Gülənə baş yerə köçməsi üçün alternativ məkan axtarırdılar.

Əgər əməliyyat uğurlu olsaydı, bir İstanbulda Anadolu yaxasında, bir də Ankarada malikanəsi hazırdı. Əgər əməliyyat davam edəcəksə və Ankaradan getməsi lazım olacaqsa, Güney Afrika olmadığına görə, Avstraliya alternativ mərkəz ola bilərdi.

lakin artıq bunların hamısı boşa çıxdı. Artıq Gülən Amerikadan çıxarılsa, Türkiyəyə təslim edilə bilər. O zaman Gülənə İmralı, ona yardım edənlərə də Silivri yolu görünür”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm