“Le Figaro”: “Olland Putinlə Qarabağı müzakirə edəcək”
Bizi izləyin

Nida.az

“Le Figaro”: “Olland Putinlə Qarabağı müzakirə edəcək”

“Fransua Olland aprelin 24-də İrəvanda Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə edəcək. Həmçinin Serj Sərkisyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir”.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.


Nəşr Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Rusiyanı ittiham edib.


“Rusiya münaqişənin həll olunmamasına öz “töhfəsini” verir. Rusiya bu münaqişədən öz xeyri üçün istifadə edən regional oyunçudur. Bu ölkə Ermənistana ciddi dəstək verir. Enerji və silahla kömək edir, həmçinin Ermənistan ərazisində 4000-dən artıq əsgər saxlayır. Münaqişə tərəfi olan Azərbaycan da Rusiyadan silah alır. Lakin Ermənistan bunu havayı alırsa, Azərbaycan yüksək miqdarda pul ödəyir. Rusiya hazırkı vəziyyətdən maksimum xeyir götürür”, - “Le Figaro” qeyd edir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm