Nida.az
Gürcüstan dilemma qarşısında – təhlükə və şans
Gürcüstan qondarma “erməni soyqırımı”nı tanımasa da, aprelin 24-də İrəvana nümayəndə heyəti göndərəcək.
Publika.az xəbər verir ki, Gürcüstanın “Rezonans” nəşri rəsmi
Tiflisin bu addımını təhlükəli və şanslı olaraq şərh edib.
“Burda Gürcüstan iki yol ayrıcında qalıb. Birincisi, yüksək
nümayəndə heyətini İrəvana göndərməklə rəsmi Tiflis partnyorları
olan Türkiyə və Azərbaycanı incidə bilər. Bu təhlükəlidir.
İkincisi, həmin vaxt İrəvanda olacaq Rusiya prezidenti Vladimir
Putinlə görüşmək ehtimalı var. Bu şansdır”, - deyə nəşr yazıb.
Gürcüstanın Diplomatik Akademiyasının rektoru Soso Sinsadze nəşrə
açıqlamasında bildirib ki, “tarixi ehtiyatlılıqla” hərəkət etmək
lazımdır: “Tiflis ciddi şəkildə səhnəarxası prosesə
hazırlanmalıdır. Təbii ki, İrəvandan Rusiya-Gürcüstan dialoqunu
başlamaq unikal şansdır. Lakin Tiflis İrəvana Baş nazir, yaxud
xarici işlər nazirliyi səviyyəsində getmirsə, getməmək daha
yaxşıdır”.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO