Millət vəkili Makedoniyanın türk kökənli naziri ilə görüşdü
Bizi izləyin

Nida.az

Millət vəkili Makedoniyanın türk kökənli naziri ilə görüşdü

Milli Məclisin deputatı Qənirə Paşayeva Makedoniyanın türk əsilli dövlət naziri Furkan Çako ilə görüşüb.

Publika.az xəbər verir ki, Qənirə Paşayeva ilk öncə onu nazir seçilməsi münasibəti ilə təbrik edib və Makedoniya rəsmisinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi torpaqlardan çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.

Millət vəkili təkcə XX əsrin sonunda deyil, XX əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini xatırladıb. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi torpaqlardakı hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da qeyd edib. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. MM üzvü Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində bu ölkədə yaşayan türk kökənli insanların, nazirlərin, siyasətçilərin, aydınların öz səylərini daha da artıracağına inandığını dilə gətirib. Qənirə Paşayeva görüş zamanı dövlət nazirinə Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu ölkəmizə dəvət edib. Azərbaycanı sevdiyini bildirən dövlət naziri Furkan Çakoyaxın zamanlarda respublikamıza səfər etmək istədiyini söyləyib.

O həm bir nazir kimi Azərbaycan və Makedoniya arasında iqtisadi, ticarət əlaqələrinin daha da artması üçün çalışacağını deyib və buna böyük potensial olduğunu bildirib. Azərbaycan sərmayələrini, iş adamlarını Makedoniyaya cəlb etmək üçün çalışacağını deyən dövlət naziri Furkan Çako “onlar üçün hər cür imkan yaradılacaq və dəstək verəcəyik” deyib. Görüşdə Makedoniyada yaşayan türklərlə bağlı da geniş fikir mübadiləsi aparılıb və Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacibliyi vurğulanıb. Furkan Çako millət vəkili Qənirə Paşayevaya hər zaman Makedoniya türkləri ilə bağlı məsələlərə həssas münasibətinə və dəstəyinə görə təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm