Ceyms Uorlik: “Avropa Oyunları Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Avropa Oyunları Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə bu gün Parisdə keçirilən görüş haqda maraqlı açıqlama verib.


Publika.az xəbər verir ki, C. Uorlik Twitter hesabında Ermənistanın Qarabağda sülhə nail olmağa hazır olduğunu yazıb. O, əlavə edib ki, I Avropa Oyunları Dağlıq Qarabağ münaqişəsinin müsbət həllinə töhfə verə bilər.


“Biz ümid edirik ki, qarşıdan gələn “Bakı-2015” I Avropa Oyunlarında Ermənistan atletlərinin iştirakı Dağlıq Qarabağ münaqişəsində sülh danışıqları üçün inam və etibarlılıq yaratmaqda kömək edə bilər”, - deyə amerikalı həmsədr qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm