Quliyev-Matti-Kozlariç triosu – sərxoş səfir nədən Azərbaycana düşmən oldu?
Bizi izləyin

Nida.az

Quliyev-Matti-Kozlariç triosu – sərxoş səfir nədən Azərbaycana düşmən oldu?

1994-97-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirini çoxları xatırlayır: Birləşmiş Ştatlar kimi super gücə iddialı bir ölkənin Bakıdakı səfiri alkoqoldan əziyyət çəkirdi. Hətta bir çox tədbirlərdə sərxoş olan səfiri diplomatik korpusun nümayəndələri əvəz etmək məcburiyyətində qalmışdı.

Bu isə keçmiş ABŞ səfirini Azərbaycan üçün unudulmaz şəxsə çevirdi. Söhbət Riçard Kozlariçdən gedir. Amerikanın qocaman diplomatlarından sayılan Kozlariç də Azərbaycanı unutmur və zaman-zaman anti-Azərbaycan çıxışları ilə gündəmə gəlir.


Hazırda I Avropa Oyunları üzərindən aparılan anti-Azərbaycan kampaniyasında yer alan əsas simalardan biri də Riçard Kozlariçdir.

Kozlariç 32 illik diplomatik fəaliyyətində Azərbaycanla yanaşı, İsraildə, Toqoda, Efiopiyada, Bosniya və Hersoqovinada ABŞ-ı səfir olaraq təmsil edib. 1999-cu ildə təqaüdə çıxandan sonra ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktoru kimi çalışır.


Maraqlı olan isə R. Kozlariçin səfir kimi çalışdığı ölkələr arasında yalnız Azərbaycanı hədəf seçməsidir. Onun I Avropa Oyunları üzərindən aparılan anti-Azərbaycan kampaniyasında yer alması birinci hal deyil. Buna qədər müxtəlif məqalələrində Azərbaycanı tənqid edir, məşhur anti-Azərbaycan təbliğatçısı Devid Kramerlə qol-boyun olaraq fəaliyyət göstərir.


Bunun səbəbi hələ də bəlli deyil. Axı Bakıda sərxoşluq edərkən ona heç kim güldən ağır söz deməmişdi, yaxud da alkoqoldan müvazinətini itirib yıxılarkən də hər hansı hörmətsizlik görməmişdi.


Lakin R. Kozlariçin Azərbaycanda səfir kimi çalışdığı dönəmləri araşdırarkən müəyyən nəticələrə gəlmək mümkündür. Belə ki, ABŞ-ı Azərbaycanda təmsil etdiyi dövrlərdə bu şəxs diplomatdan daha çox, missioner kimi fəaliyyət göstərirdi. O, Avropa ölkələrində qəbul olunmayan qeyri-ənənəvi dini cərəyanları təbliğ edir, onlara hamilik göstərirdi.

Misal üçün, “Həyatverici Lütf” qeyri-ənənəvi dini cərəyan təşkilatı Kozlariçin sevimli “məbədgahı” idi. Bu təşkilatın rəhbəri Silvo Matti 1980-ci illərdə SSRİ-dən çıxarılıb. Özü Finlandiya vətəndaşıdır. O, SSRİ-də islahatların qızğın vaxtında Qərblə münasibətlərin istiləşməyinə çalışdığı üçün casusluq ittihamları ilə ittifaqdan qovulmuşdu. 1990-cı illərin ortalarında Silvo Matti “Həyatverici Lütf” təşkilatının təmsilçisi olaraq Azərbaycanda peyda oldu. 1993-cü ilin 21 aprelində Ədliyyə Nazirliyində qeydiyyatdan keçən təşkilatın Bakıdakı fəaliyyəti 1994-cü ildən sonra dirçəldi. Buna səbəb də Kozlariçin Azərbaycanda səfir kimi fəaliyyətə başlaması idi.


R. Kozlariç qeyri-ənənəvi dini sektanı dəstəkləməklə Azərbaycanda öz təbirincə “5-ci kolon”u yaradırdı. Bu işdə Mili Məclisin ovaxtkı sədri Rəsul Quliyevin də rolu böyük olub. Hətta R. Quliyevin ABŞ-a qaçmasından sonra da Kozlariç və Matti ikiliyi ona dəstəyini kəsmədi. Quliyev-Matti-Kozlariç triosu Azərbaycana qarşı siyasi ballada oynadı. Lakin keçmiş spiker Rusiyanın ABŞ-dakı səfiri Sergey İvanoviç Kislyaka hakimiyyətə gəlmək üçün yazdığı məktubdan sonra sıradan çıxdı.

Daha sonra 2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəməyə şikayəti əsasında qeydiyyatı ləğv olundu. Bu isə Kozlariçin Azərbaycan üçün yaratdığı “5-ci kolon” şəbəkəsinin sıradan çıxması demək oldu və “sərxoş diplomat” öz ağalarının yanında pis vəziyyətə düşdü. O, hələ də “trionun” dağılmasını, hamisi, eləcə də müəyyən mənada dini baxışlarla bağlı olduğu “lütf”çülərin Azərbaycandan çıxarılmasını həzm edə bilmir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm