.jpg)
Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) keçmiş sədri İbrahim İbrahimli partiyadan istefa verib.
Bu barədə Publika.az-a açıqlamasında İ. İbrahimli
özü məlumat verib.
O, istefasını Vurğun Əyyubun Müsavatdan qanunsuz olaraq çıxarılması
ilə əlaqələndirib.
“Müsavatda repressiya siyasəti yürüdülür, fərqli fikrə qarşı
çıxılır. Bu, partiyanı uçuruma aparır”, - deyə o bildirib.
İ. İbrahimli hazırkı rəhbərliyin siyasətinə etiraz olaraq istefa
verdiyini diqqətə çatdırıb.
Asif Nərimanlı