Nida.az
Rasim Musabəyov: “Bakı atəşkəs sazişindən çıxa və torpaqlarını geri ala bilər”
“Azərbaycan silahlı münaqişənin dayandırılması haqda atəşkəs sazişindən çıxa bilər”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, silahlı münaqişənin dayandırılması haqda
bağlanan bu müqavilə erməni hərbi birləşmələrinin işğal edilmiş
ərazilərdən çıxması ilə nəticələnmədi: “1994-cü ilin 12 may
tarixində Azərbaycan və Ermənistan müdafiə nazirləri Rusiyanın
iştirakı ilə atəşkəs sazişi imzaladı. Artıq həmin sazişdən 21 il
ötür. Lakin bu hadisə Azərbaycan KİV-nin diqqətini o qədər də cəlb
etmədi. Əskinə, Ermənistan KİV-i narahat dolu məqalələrlə çıxış
edirlər. Ermənistan Azərbaycanın artan gücü qarşısında əndişələnir.
Həmçinin, Azərbaycan rəhbərliyinin yenilməz iradəsi erməniləri
qorxuya salır”.
R. Musabəyov qeyd edib ki, Bişkek protokolu kimi tarixə düşən
atəşkəs sazişi ermənilərin dediyi kimi müddətsiz deyil: “Özünü
ermənilərin vəkili kimi aparan keçmiş rusiyalı həmsədr Vladimir
Kazimirovun sözlərinə diqqət yetirsək, bunu görə bilərik. O,
atəşkəsin qüvvəyə mindiyi gündən 10 gün ərzində razılıq əldə
olunması haqda müqavilənin imzalanması şərtinin qoyulduğunu
bildirirdi. Yəni razılaşma ermənilərin dediyi kimi müddətsiz yox,
müvəqqəti idi. Bunu Ermənistan prezidentinin sabiq müşaviri David
Şahnazaryan da öz fikirlərində ifadə edib. Təəssüf ki, silahlı
münaqişənin dayandırılması haqda müqavilə nə 10 gün sonra
imzalandı, nə də 10 həftə sonra. Üzərindən iki onillik keçib,
ermənilər yenə də işğalçılıqdan imtina etmək istəmir. Bu
münaqişənin həllinə “çalışan” Minsk qrupu heç nə edə bilməyib,
güman ki, bundan sonra da edə bilməyəcək”.
Politoloq ermənilərin atəşkəsi müddətsiz adlandırmaqla baş
qatdıqlarını bildirib.
“Əgər ermənilər qeyri-konstruktiv iddialardan əl çəkməyəcəksə,
Bakı atəşkəs sazişinin dayandırılmasını elan edə və öz
torpaqlarının işğalçılardan təmizləyə bilər. Buna haqqı çatır. Bu
haqda Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib”, -
deyə R. Musabəyov vurğulayıb.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı