İctimai Palata buraxıldı - YENİLƏNİB
Bizi izləyin

Nida.az

İctimai Palata buraxıldı - YENİLƏNİB

İctimai Palatanın Koordinasiya Şurası bu gün sonuncu toplantısını keçirib. Publika.Az xəbər verir ki, toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub. Qurumun yydığı məlumata görə, İctimai Palata Koord

İctimai Palatanın Koordinasiya Şurası bu gün sonuncu toplantısını keçirib. Publika.Az xəbər verir ki, toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub. Qurumun yydığı məlumata görə, İctimai Palata Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbər 04. 03. 2014- cü tarixdə Koordinasiya Şurasının toplantısını çağırıb.

Toplantı keçirilməsi təşəbbüsü ilə dönəm sədrinə KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və digərləri müraciət ediblər. Təşəbbüsçülər toplantının keçirilməsini onunla əsaslandırıblar ki, İctimai Palata ətrafındakı qeyri müəyyənliyə rəsmən son qoyulmasına ehtiyac var. Dönəm sədri İsa Qəmbər KŞ iclaslarının keçirilməsinin qərarlaşmış praktikasına uyğun qayda və formada iclasın yeri, günü və vaxtını müəyyən etmiş və bu barədə bütün KŞ üzvlərini məlumatlandırıb.
04. 03. 2014- cü il tarixdə KŞ toplanıb. İP ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb, müzakirələrdə KŞ-nın 17 üzvündən 7-i bilavasitə, 3 üzvü isə (Aqil Səmədbəyli, Mehriban Vəzir, Leyla Əliyeva) telefonla iştirak edib.

KŞ bir sıra İP üzvlərinin KİV- lərdə dərc edilmiş mövqelərini, KŞ üzvlərinə bildirdikləri rəyləri, İP-in uzun müddətdən bəri fəaliyyətini de-fakto dayandırdığını, İP-in fəaliyyətinə xitam verilməsi barədə təklifə heç bir İP KŞ üzvü tərəfindən etiraz daxil olmadığını nəzərə alaraq məqsədəuyğun sayıb ki, 2010- cu il parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə təsis edilmiş İctimai Palatanın fəaliyyətinə rəsmən xitam verildiyi elan edilsin: “İctimai Palata ən yeni siyasi tariximizə siyasi partiya, vətəndaş cəmiyyəti, gənclik hərəkatı nümayəndələrinin, ictimai rəy liderlərinin, mütəxəssis və ziyalıların azad ədalətli seçki hüquqlarının təmin edilməsi, köklü demokratik dəyişikliklər, avtoritarizmd demokratiyaya keçid məqsədi ilə birliyi və əməkdaşlığının özünəməxsus təcrübəsi kimi daxil olmuşdur.

İlk dəfə olaraq İctimai Palata nümunəsində seçkilərdə verilmiş səslərə əsaslanaraq kölgə parlamenti tipli təsisatın yaradılmasına cəhd edilmişdi. Bu təcrübə dünyada maraqla qarşılanmışdı və beynəlxalq əhəmiyyət kəsb edir.

İctimai Palata Azərbaycan demokratiyasının mübarizə ənənələrini davam etdirərək mövcud antidemokratik və korrupsiyaçı rejimə qarşı xalq müqavimətinin ən parlaq səhifələrindən olan, dünyada səs salmış kütləvi aksiyaları, onlarla siyasi məhbuslarının, yüzlərlə siyasi repressiyaya uğramış üzvlərinin fədakarlıqları, uğurlu intellektual və hüquqi mübarizə formaları, modern siyasi texnologiyaların tətbiqi ilə əlamətdar olmuşdur.
İnanırıq ki, İP-in fəaliyyətinə xitam verilməsinə baxmayaraq onun təcrübəsi hələ uzun müddət ictimai–siyasi həyatımıza və azadlıq uğrunda mübarizəmizə müsbət təsirini göstərməkdə davam edəcəkdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm