Prezident Qida Sənayesi Sərgisində
Bizi izləyin

Nida.az

Prezident Qida Sənayesi Sərgisində

Bu gün Bakıda XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (WorldFood Azerbaijan-2015) işə başlayıb.

Publika.az-ın məlumatına görə, sərgiyə Kənd Təsərrüfatı Nazirliyi dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edir.

Sərginin açılışında Prezidenti İlham Əliyev də iştirak edib. O, “Caspian Agro” sərgisini ziyarət edərək, istehsalçı və distribütorların Azərbaycan bazarı üçün təklif etdikləri yeni məhsullarla tanış olub.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, ölkə əhalisinin ərzaqla təmin edilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi əsas məqsədlər sırasında xüsusi yer tutur. Nazir onu da bildirib ki, həm yerli, həm də xarici iş adamları belə sərgilərdən yararlanacaqlar. Onun sözlərinə görə, aqrar sektorda əldə edilən nailiyyətlər ümumilikdə ölkənin inkişafına mühüm töhfə verə bilər.

Sərgidə bir sıra xarici ölkələrin nümayəndələri də iştirak edib.

“Caspian Agro 2015” sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunda və xarici meydançasında təşkil edilib. Bu il sərgidə 250-dən artıq şirkət iştirak edir. Onlar arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribütorları var.

Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində infoturlar (məlumatlandırma turları) təşkil olunub. Bu məhsullara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıqda istifadə olunan avadanlıqlar, substratlar (bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir.

Sərginin müsbət cəhəti ondan ibrətdir ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycandan olan şirkətlər də çıxış edirlər. Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş olacaq və həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də xarici meydançasında yerləşəcəkdir.

Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunub. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkündür. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri (“master class”) və çoxsaylı maraqlı təkliflər gözləyir.

"Baku Expo Center"də keçirilən sərgi mayın 23-dək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm