Nida.az
Dərbəndin yeni meri seçildi: oyunun qalibi Abdulatipovdur
Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Publika.az xəbər verir ki, Dərbənd şəhər
Məclisinin bu gun keçirilən iclasında səsvermə ilə Azadi Rəhimov
mer seçilib.
Qeyd edək ki, Dağıstanın Tabarasan rayonundakı Darvaq kəndində
anadan olan A. Rəhimov keçmiş ədliyyə naziridir.
Ötən il Dərbəndin azərbaycanlı rəhbəri Qurban Qurbanova açılan
cinayət işi və onun vəzifəsindən uzaqlaşdırılmasında A. Rəhimov
faktoru xüsusi önəm daşıyırdı. Belə ki, A. Rəhimovun əsas
himayədarı hesab olunan Dağıstan rəhbəri Ramazan Abdulatipov
Qurbanovdan onu özünə birinci müavin təyin etməyi, ardınca səhhəti
ilə bağlı istefaya gedərək vəzifəsinin icrasını müavininə həvalə
etməyi istəyib. Lakin Qurbanov bundan imtina edib. Ardınca
Abdulatipov canlı efirdə onu istefaya çağırdı. Qurbanovun bundan da
imtina etməsi şəhərdə qarşıdurmanı gücləndirdi. Sonda onun haqqında
cinayət işi açıldı və məcburi şəkildə vəzifəsindən
uzaqlaşdırıldı.
Lakin A. Rəhimovun yolu bununla da açılmadı. Bu dəfə Dərbənd Şəhər
Məclisinin sədri İmam Yarəliyev faktoru ortaya çıxdı. Hansı ki, Q.
Qurbanovun uzaqlaşdırılmasında onun Abdulatipova dəstək verdiyi
haqda informasiyalar var idi.
Məlumatlara görə, Yarəliyevlə Abdulatipov arasında başlanan
qarşıdurmanın əsas səbəbi məhz A. Rəhimov olub. Belə ki,
Abdulatipov Yarəliyevi yanına çağıraraq A. Rəhimovu Dərbənd
rəhbərliyinə gətirilməsi tapşırığını verib. Yarəliyev isə bundan
qəti imtina edib. Bu da qarşıdurmanın başlanmasına səbəb olub.
Bu gün keçirilən seçkidə A. Rəhimovun qalib gəlməsi Abdulatipovun
oyundan qalib çıxdığını göstərir.
Dağıstan KİV-nin məlumatına görə, bu ilin fevralın 14-də
Dərbənddəki torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu
üçün istefa verməyə məcbur olan sabiq mer Mövsüm Rəhimov da yenidən
öz namizədliyini verəcəyini bəyan etsə də, səsverməyə 15 dəqiqə
qalmış geri çəkilib.
Məlumatlara görə, Dağıstanın baş naziri Əbdüsəməd Həmidov seçkidən
bir neçə gün qabaq Dərbəndə gələrək bütün namizədlərdən geri
çəkilməyi və mer olaraq Azadi Rəhimovun seçilməli olduğunu
söyləyib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı