Sergey Yeliseyev: “I Avropa Oyunlarında yarışmaq böyük qürurdur”
Bizi izləyin

Nida.az

Sergey Yeliseyev: “I Avropa Oyunlarında yarışmaq böyük qürurdur”

“Bakıda keçiriləcək I Avropa Oyunlarında yarışmaq Rusiya samboçuları üçün böyük qürurdur”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev deyib.


Onun sözlərinə görə, I Avropa Oyunları Bakıda yüksək səviyyədə keçirilək.

Federasiya prezidenti Azərbaycan rəhbərliyinin I Avropa Oyunlarına münasibətindən məmnun olduğunu bildirib: “Mən 1,5 il əvvəl Bakıda idim. Birincisi, şəhərin gözəlliyindən, ikincisi, aeroportdan mehmanxanaya qədər bizə göstərilən qonaqpərvərlikdən təəccübləndim. Yüksək səviyyəli idman obyektləri inşa olunub. Mən bütün bunlara görə, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm”.


S. Yeliseyev Rusiya komandasının Bakıdan maksimum medallarla qayıtmaq istəyində olduğunu qeyd edib. O, sambo üzrə Azərbaycan komandasının güclü olduğunu da diqqətə çatdırıb.


“Hesab edirəm ki, sambonun I Avropa Oyunlarının idman növlərinə əlavə olunması böyük qələbədir”, - deyə federasiya prezidenti vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm