Kaliforniya qubernatoru Azərbaycanı təbrik etdi
Bizi izləyin

Nida.az

Kaliforniya qubernatoru Azərbaycanı təbrik etdi

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.

Publika.az-ın məlumatına görə, qubernatorun Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərdiyi təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir.

Qubernator qeyd edir ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır. Qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və Kaliforniyada yaşayan bütün azərbaycanlıları təbrik edir.

Xatırladaq ki, Demokratlar Partiyasını təmsil edən Cerri Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan öncə 1975-83-cü ildə də eyni vəzifədə çalışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm