ABŞ-ın Balkan gedişi: Rusiya Azərbaycan qazı hesabına sıxışdırılır – Alman nəşri
Bizi izləyin

Nida.az

ABŞ-ın Balkan gedişi: Rusiya Azərbaycan qazı hesabına sıxışdırılır – Alman nəşri

“Serbiya Rusiyaya tərəf yönəlirdi. Lakin indi o, üzünü ABŞ-a tərəf çevirib. Vaşinqton Belqradı ram etmək üçün Azərbaycan qazından məharətlə istifadə edir”.


Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” nəşri yazıb.


Nəşr qeyd edir ki, serblər Avropa Birliyini sevmir: “Onlar 1999-cu ildə NATO qüvvələrinin bombardmanını unutmayıblar. Lakin son günlər Rusiya ilə bağlı müsbət fikirlər siyasi ritorikaya bənzəyir. Çünki Moskvanın Belqrad üçün iqtisadi cəhətdən əhəmiyyəti azalır. Rusiya Serbiyanın böyük kreditlə bağlı xahişini rədd etdi. Bu ölkə 80 faiz enerji ehtiyacını Rusiya hesabına ödəyir, lakin baha qiymətə. Misal üçün, qonşu Macarıstan Rusiyadan qazı 260 dollara alırsa, Serbiya min kubmetrə 340 dollar ödəyir”.


Alman nəşri yazır ki, ABŞ Balkanlarda Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq niyyətindədir.


“Azərbaycan qazı bu siyasi gedişdə əsas istinad nöqtəsidir. TAP boru kəməri Belqradın diqqətini cəlb etməyə bilmir. Bu kəmər 2020-ci ildən başlayaraq, Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Cənub-Şərqi Avropaya nəql edəcək. Belqrad qaz kəmərinin onun üçün bahalı olduğunu əsas gətirsə də, Avropa Komissiyası 2020-ci ilə qədər 1,5 milyard avro yardım edəcəyini açıqlayıb. Həmçinin, enerji layihələrinə dəstək veriləcək”, - deyə məqalədə bildirilir.


Nəşr iyulun əvvəllərində Almaniya kansleri Angela Merkelin Serbiyaya, Albaniyaya, Bosniya və Herseqovinaya səfər edəcəyini yazıb. Bundan başqa, ABŞ-ın vitse-prezidenti Con Baydenin də Belqrada səfəri və yüksək rəsmilərlə görüşü gözlənilir: “Bütün bunlar enerji layihələri və Rusiyanı regiondan çıxarmaq üçündür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm