Azərbaycanlı deputat Türkiyə seçicilərinə müraciət etdi
Bizi izləyin

Nida.az

Azərbaycanlı deputat Türkiyə seçicilərinə müraciət etdi

Türkiyədə 7 iyunda keçiriləcək seçkilərdə bizi narahat edən məsələlər var və indidən bunu Türkiyə cəmiyyətinə bütün vasitələrlə çatdırmalıyıq.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa "Facebook" statusunda bildirib:

"Türkiyədə 7 iyunda keçiriləcək seçkilərdə bizi narahat edən məsələlər var və indidən bunu Türkiyə cəmiyyətinə bütün vasitələrlə çatdırmalıyıq. Bilindiyi kimi, 3 erməni mənşəli namizəd Türkiyə Böyük Millət Məclisində təmsil olunmaq üçün real şansa malikdirlər. AKP-nin erməni mənşəli namizədi “Yeni Şəfək” qəzetində çalışan Markar Esayan, CHP-nin erməni namizədi Selina Özüzün Doğan, Kürdlərin Xalq Demokratik Partiyasının namizədi Qaro Paylan. Bu ermənilərin rəsmi statusu olandan sonra Türkiyə-Azərbaycan münasibətlərinə zərər vuracaq addımlar atmasını indidən proqnozlaşdırmaq mümkündür.

Təsəvvür edin ki, parlamentdə Ermənistanın əleyhinə hansısa məsələ müzakirə olunur və kimsə çıxıb azərbaycanlıları ittiham edir. Bu gün Ermənistanda bir türkün yaşamaq imkanı olmadığı halda, Türkiyədə erməninin millət vəkili seçilmə şansı yaranırsa, bu o deməkdir ki, Türkiyənin Osmanlının süqutundan lazımi dərs çıxarmayıblar. PKK-çıların əksəriyyətinin erməni mənşəli olduğunu bildiyimizdən erməni namizədlərinin olması təəccüb doğurmur. CHP də milli və dini xarakterdə partiya olmadığına görə erməni simpatizanı olmaqları gözləniləndir. Bəs İslamı referans aldığını söyləyən AKP-yə nə düşüb ki, 5-10 min səsə görə, erməni namizəd irəli sürüb perspektivdə Azərbaycanla münasibətlərdə problemlərin yaşanmasına rəvac versin.

Burada yenə prinsipial davranan, dövlət çıxarlarını düşünən partiya olaraq MHP görünür. Onlar siyahıya erməni namizədi yaın buraxmayıblar. Hər halda Azərbaycanın siyasi partiyaları, vətəndaş cəmiyyəti institutları Türkiyə cəmiyyətinə bu istiqamətdə çağırışlar etməlidir ki, bu namizədlərin olduğu seçki bölgələrində partiya tutuculuğu ilə deyil. Türkiyənin mənafeyini düşünərək addım atsınlar. Xüsusilə də Tviter vasitəsi ilə Türkiyə auditoriyasına çıxışı olan hər kəsin bu namizədlərə səs verməmək üçün Türk seçicisinə çağırışlar etməsi faydalı olardı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm