Hasan Oktay: “Türkiyədə növbəti seçki iki il sonra da ola bilər”
Bizi izləyin

Nida.az

Hasan Oktay: “Türkiyədə növbəti seçki iki il sonra da ola bilər”

“7 iyun seçkilərində AKP birinci olsa da, hökumət quracaq qədər yer qazana bilmədi. Vəziyyət belə olduğu üçün prezident hökuməti qurmaq vəzifəsini AKP sədrinə verəcək. Yetərsayı əldə etmək üçün digər partiyalarla görüşlər keçiriləcək. Bu görüşlərdən nəticə çıxmasa, erkən seçkiyə getmək qərarı veriləcək”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.


Ekspertin fikrincə, erkən seçkilər iki il sonra da keçirilə bilər.


“Ola bilsin ki, AKP azlıq hökuməti quracaq. İki il sonra da seçki olacaq”, - deyə o qeyd edib.


H. Oktay başqa bir versiyanın mümkünlüyü fikrini də müdafiə edib: “Bəzi millət vəkilləri seçildikləri partiyadan istefa verərək AKP-yə keçərlərsə, hökuməti qurmaq üçün lazım olan 276 yer əldə oluna bilər. Bütün versiyalar hazırda prezidentin önündədir və hamısı dəyərləndirildikdən sonra ona uyğun model tapılacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm