Onur Öymən: “Avropa Oyunları Azərbaycanın böyük uğurudur”
Bizi izləyin

Nida.az

Onur Öymən: “Avropa Oyunları Azərbaycanın böyük uğurudur”

“İlk Avropa Oyunları Azərbaycanı dünyaya inteqrasiyasına daha da yaxınlaşdıracaq”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədr müavini Onur Öymən bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” ilk Avropa Oyunları Azərbaycanın Avropa ölkəsi olmasını sübut edən növbəti faktdır. O.Öymən Avropa Oyunlarının Azərbaycanın nüfuzunu daha da artıracağını söyləyib: “İdman xalqları yaxınlaşdırır. Bəzən siyasətin görə bilmədiyi işi idman görür. Bunun üçün də idmançılar böyük rola malikdir. İlk Avropa Oyunlarında iştirak etmək üçün minlərlə əcnəbi Azərbaycana gələcək. Onlar Azərbaycanın da Avropa ölkələri kimi müasir, müstəqil və demokratik ölkə olacağını görəcəklər. Bir sözlə, bu oyunlar Azərbaycanın böyük uğurudur”.

“Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində Qərbdən Azərbaycana qarşı edilən təzyiqlərə də toxunan O.Öymən qeyd edib ki, Azərbaycan bu cür hərəkətlərə qətiyyən əhəmiyyət verməməlidir: “Bu cür təzyiqlər hər zaman olub, bu gün də var və gələcəkdə də olacaq. Azərbaycan bu cür hərəkətlərə fikir verməsin. Çünki bu cür hərəkətlərin kökündə siyasi maraqlar dayanır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm