Qənirə Paşayevadan Avropa Oyunlarına dəvət
Bizi izləyin

Nida.az

Qənirə Paşayevadan Avropa Oyunlarına dəvət

Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycanda səfərdə olan Basın Birliyi Yönetim Kurulu rəsmisi Züleyha Karamanla görüşüb.

Publika.az xəbər verir ki, millət vəkili ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib.

Q.Paşayeva ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu bildirib.

O, həmmüəllifi olduğu və yaxın günlərdə Türkiyədə nəşr olunmuş "Karabağ hikayeleri" adlı kitabını hədiyyə edib. Şimal Kipr Türk Cümhuriyyətinin Basın Birliyi Yönetim Kurulu rəsmisi Züleyha Karaman qardaş, dost Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və Azərbaycan, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində səyləri daha da gücləndirəcəklərini deyib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda bir neçə gün sonra başlayacaq tarixi bir hadisə ilk Avropa Olimpiya Oyunları ilə də bağlı fikirlərini bildirib və ŞKTC-dən qardaş və dostlarımızı da dəvət edirik deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm