Əli Həsənov: “Azərbaycanın üstünə gələnlər uğurları görmək istəmirlər”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Azərbaycanın üstünə gələnlər uğurları görmək istəmirlər”

“Azərbaycana qarşı aparılan kampaniyanın arxasında duranlar, anti-Azərbaycan qüvvələr ölkəmizin uğurlarını görmək istəmir”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bu gün keçirdiyi mətbuat konfransında söyləyib: “Onlar eyni ssenari ilə Azərbaycanın üstünə gəlirlər. Sabah da belə bir böyük tədbir keçirilsə, yenə də gələcəklər. Çox təəssüf edirəm ki, belə bir kampaniyada obyektiv informasiya almaq istədiyimiz mətbuat orqanları rol alır. Onlar London Platforması deyilən bir platforma yaradaraq əleyhimizə fikirlər səsləndirirlər”.

Ə.Həsənov bu qüvvələrin bir məqsədi olduğunu vurğulayıb: “Azərbaycanın uğurlarını kölgə altına almaq. Bu, eyni zamanda Avropaya və onun ictimaiyyətinə qarşı hörmətsizlikdir. Bu kampaniya bir müddətdən sonra dayanacaq. Amma Avropa Oyunlarının tarixində qalacaq. Onlar səhv etdiklərini anlayacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm