Nida.az
İclasın yekunları müzakirə olunub
İyunun 16-da Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası olub. Bu barədə AZƏRTAC-a Birliyin qərargahının İnformasiya-analitik departamentindən bildiriblər.
Daimi nümayəndələr MDB Hökumət Başçıları Şurasının (HBŞ) mayın 29-da Burabay qəsəbəsində (Qazaxıstan) keçirilmiş iclasının yekunlarını müzakirə edib, iclasda qəbul olunmuş sənədlərin həyata keçirilməsi sahəsində vəzifələri müəyyənləşdirib, texniki peşə və orta ixtisas təhsili sistemində peşə hazırlığı, kadrların yenidən hazırlanması və ixtisasının artırılması sahəsində MDB-yə üzv dövlətlərin baza təşkilatının fəaliyyəti barədə informasiyanı dinləyib, habelə Birliyin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) növbəti iclaslarının gündəliklərinin layihələri barədə təklifləri nəzərdən keçiriblər.
İclasda Daimi Nümayəndələr Şurası Birliyin XİNŞ-nin və DBŞ-nin müvafiq olaraq cari il oktyabrın 15-də və 16-da Astanada keçiriləcək növbəti iclaslarının gündəliklərinin layihələri barədə təklifləri təkmilləşdirmək üçün qəbul edib.
Daimi Nümayəndələr Şurasının iclasında digər məsələlər də müzakirə olunub.
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu