“Ermənistana qarşı bu cür qərarların qəbulu davam edəcək” - Laçının deputatı DANIŞDI
Bizi izləyin

Nida.az

“Ermənistana qarşı bu cür qərarların qəbulu davam edəcək” - Laçının deputatı DANIŞDI

Milli Məclisin Laçından seçilmiş deputatı Nazim Fərəcov ötən gün Avropa Məhkəməsinin azərbaycanlı məcburi köçkünlərin işi üzrə Ermənistana qarşı qərar çıxarmasına münasibət bildirib.

Deputat N.Fərəcov Publika.az-a açıqlamasında deyib ki, Avropa Məhkəməsinin bu qərarı gözlənilən idi: “Mən Laçından seçilmiş deputat kimi bu məsələ ilə əvvəldən maraqlanıram, bu işin içindəyik. Biz bu cür qərarın qəbulunu gözləyirdik. Yəqin ki, işğalçı Ermənistana qarşı bu cür qərarların qəbulu bundan sonra da davam edəcək. Mən Ermənistana qarşı şikayət ünvanlayan həmin qaçqın ailələrini də tanıyıram. Onlar 2005-ci ildən bu məsələnin üzərinə düşüblər”.

N.Fərəcov əlavə edib ki, bu qərar Azərbaycanın Ermənistana qarşı növbəti uğurudur.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb.

Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm