Nida.az
Ziyafət Əsgərov: “Bəzi məktəb və məscidlərdə terrorçuluğa açıq çağırışlar olur”
Milli Məclisdən Publika.Az –a verilən məlumata görə, bu məsələ parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclasında müzakirə edilib.
Parlament sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov deputatların müzakirəsinə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədin təqdim olunduğunu bildirib.
“Son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar ölkəmizə də təsir edir. Bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir.
Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadəetmə hallarını əhatə edir”-deyə komitə sədri bildirib.
Ziyafət Əsgərov qeyd edib ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib.
İclasda hər-hansı bir şəkildə terror fəaliyyətində iştirak edən
şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət
çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi
baxımından da vacib olduğu vurğulanıb.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı