“Əl-Cəzirə” ilk Avropa Oyunlarından yazdı
Bizi izləyin

Nida.az

“Əl-Cəzirə” ilk Avropa Oyunlarından yazdı

“Əl-Cəzirə Türk” televiziya kanalının saytında ilk Avropa Oyunları ilə bağlı daha bir məqalə dərc edilib.

Publika.az xəbər verir ki, oyunların təşkilinin turizmin inkişafında rolu ilə bağlı məqalədə müəllif qeyd edir ki, son illərdə idman turizmində rolu ilə diqqət çəkən azərbaycanlılar bu sahədən daha çox nəticələr əldə edəcəklərini düşünürlər.

Məqalədə bildirilir ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunları Bakıda indiyə qədər reallaşdırılan ən böyük idman yarışıdır:

“Cənubi Qafqazın ən böyük ölkəsi son illərdə idmana qoyduğu investisiyalarla diqqəti cəlb edir. Bundan başqa, dünyanın ən yaxşı klublarından olan “Atleko Madrid”in formasına verdiyi reklamla “Azərbaycanı ziyarət edin” mesajını verən ölkənin məqsədi idmanın gücündən istifadə edərək həm turizmi inkişaf etdirmək, həm də ölkə kimi belə bir təşkilatçılığa qadir olduğunu isbat etməkdir. Bu gün Azərbaycan əhalisinin sayı 9,5 milyondur və onların üçdə biri Bakıda yaşayır. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, ötən il Azərbaycanı 3 milyona yaxın turist ziyarət edib. Bu rəqəmin bu ilin sonuna qədər 10 faiz artması gözlənilir”.

Məqalədə həmçinin bildirilir ki, Oyunlar Azərbaycan turizmini 6-7 il önə atıb.

Müəllif yazır ki, “Millenium” şirkətlər qrupu ölkənin ən böyük turizm agentliklərindən biridir.

Şirkətin rəhbəri Ruslan Quliyev dərgiyə açıqlamasında ölkədə hazırda hər zamankından daha çox turistin olduğunu və Avropa Oyunlarının Bakıya çox dəyər qatacağını deyir.

R.Quliyevin sözlərinə görə, Azərbaycanda hotel strukturunda da sürətli bir inkişaf var. Belə ki, 5 il öncə 200-300 hotel vardısa, hazırda hotellərin sayı 500-dən artıqdır və tikilişi davam edən 40 böyük hotel də var.

Məqalədə o da vurğulanır ki, Bakı 3 il öncə “Eurovision” mahnı müsabiqəsi təşkil edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm