“Çarşablı qadının olmaması bizim uğrumuzdur”
Bizi izləyin

Nida.az

“Çarşablı qadının olmaması bizim uğrumuzdur”

“Çarşablı qadının olmaması bizim uğrumuzdur”

“Bəzən KİV-lər sensasiya yaratmaqdan ötrü və yaxud bilməməkdən müəyyən dini məsələrə yanaşmaqda səhvlərə yol verirlər”.

Publika.Az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda çıxışı zamanı deyib.

Deputat söyləyib ki, bir neçə il bundan əvvəl məktəblərdə qadınların çarşab bağlamasına qadağa qoyulması Azərbaycanda bəzi insanlara bir balaca narahatçılıqlar yaratdı: “Onlar Təhsil Nazirliyinin qarşısında buna etirazlarını da bildirdilər.

Sonradan məlum oldu ki, etiraz edən insanların nə anaları, nə dəki bacıları heç ali məktəbdə oxuyub çarşab bağlayan qadınların sırasında deyil və bunlar müyyən dairələr tərəfindən buna etiraz etmək üçün öyrədilmiş insanlar idi.

Mətbuatın bu məsələdə düzgün yol tutmaması və bunu insan azadlığının pozulması kimi qeyd etməsi də, sözü gedən insanların bəzən müdafiə mövqeyində durması belə bir halın meydana gəlməsinə səbəb oldu”.

Deputat B.Sadıqov deyib ki, Azərbaycan qadını dünyanın ən inkişaf etmiş ağıllı və mütərrəqi qadınıdır: “Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib 20-21-ci əsrlərdə Azərbaycan qadını çarşaba qaytarmaq təbii ki səhf idi.

Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əl bir işlədilər. Bu gün görürsüz bu zalda birdənə də olsa çarşablı qadın yoxdur. Bu bizim uğrumuzdur və mətbuatın köməyi ilə görülmiş işin nəticəsidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm