Nida.az
ABŞ digər ölkələrdəki "5-ci kolon"u da işə salıb
İlk Avropa Oyunlarına kölgə salmaq üçün ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirən qərəzli dairələr indi də Azərbaycana müttəfiq olan ölkələrdə "5-ci kolon"u işə salıblar. Oyunlar ərəfəsində eyni mərkəzdən idarə olunan və eyni cibdən maliyyələşən beynəlxalq media resursları "Bakı 2015" nüfuzlu idman tədbirinə kölgə salmaq üçün ən çirkin vasitələrə əl atdılar. Azərbaycanla bağlı intensiv şəkildə qərəzli, böhtan xarakterli məlumatlar dərc etdilər. Gah Avropa liderlərini boykota çağırdılar, gah insan haqları, demokratiya təəssübkeşi qismində çıxış etməklə diqqəti əsas mahiyyətdən yayındırmağa çalışdılar.
Bir sözlə, bu vaxta qədər beynəlxalq arenada kifayət qədər nüfuz
qazanmış, öz mövqelərini möhkəmləndirmiş Azərbaycanın idman
sahəsindəki uğuruna mane olmaq üçün sınaqdan keçirmədikləri siyasi
oyun qalmadı. Nəticə isə - fiasko. Çirkin anti-Azərbaycan
kampaniyası effekt vermədi. Qərəzli dairələrin himayə etdiyi media
resursları və "5-ci kolon" qismində çıxış edən antimilli ünsürlər
sifarişin öhdəsindən gələ bilmədilər.
İlk Avropa oyunları baş tutdu - dünya Azərbaycanın təqdimatında
yüksək səviyyəli, orijinal təşkilatçılıq bacarığının şahidi oldu.
Və artıq 11 gündür ki, oyunlar gözlənildiyindən də yüksək səviyyədə
keçirilir. Bu isə təbii ki, qərəzi dairələri, antiazərbaycan
kampaniyasının idarəçilərini qıcıqlandırmaya bilməz. Nəzarətlərində
olan, bu vaxta qədər istədikləri şəkildə, alət kimi istifadə
etdikləri media resurslarının effekt vermədiyini görən Nulandın
dirijor çubuğu indi də Azərbaycana müttəfiq olan ölkələrdəki "5-ci
kolon"a istiqamətlənib. Beynəlxalq mediada özünü doğrultmayan
"çeynənmiş", heç bir əsası və təsir gücü olmayan, eyni mənbədə
hazırlanmış böhtan xarakterli materiallar indi də "Kiyevpost"
(http://www.kyivpost.com/opinion/op-ed/lee-reaney-how-europes-ended-up-outside-europe-391632.html),
"Moskotayms"da (http://www.themoscowtimes.com/opinion/article/sochis-ghost-haunts-baku/524083.html)
dərc olunur. Məsələ burasındadır ki, bu sifarişli məqalələrdə də
beynəlxalq mütəxəssislərin, Avropa idman elitasının "Bakı 2015" lə
bağlı səsləndirdiyi müsbət fikirlər tam təhrif edilib. Ən
diqqətçəkən məqam isə odur ki, adıçəkilən internet media
resurslarının heç birində ilk Avropa Oyunları haqqında informasiya
xarakterli, neytral məlumatlara rast gəlinmir. Halbuki həm Rusiya,
həm də Ukrayna ilk Avropa Oyunlarında iştirak edən çoxsaylı
nümayəndə heyətləri sırasındadır. Və məntiqlə, Bakı 2015 yarışları
ilə bağlı ən operativ informasiyalar məhz bu nəşrlərdə
işıqlandırılmalıdır. Lakin istər "Moskotayms", istərsə də
"Kiyevpost"da oyunlarla bağlı dərc olunan bütün məlumatlarda
mahiyyətdən uzaq, qərəzli fikirlərin yer alması sifarişin mənbəyini
müəyyən etməyə imkan verir. Sözsüz ki, arqumentləri tükənən qərəzli
dairələr bununla Azərbaycanla müttəfiq ölkələr arasında soyuqluq
yaratmağa can atırlar.
İndi də bu yolla ilk Avropa Oyunlarını siyasiləşdirmək, bu nüfuzlu idman tədbirinin əhəmiyyətini azaltmaq ssenarisini davam etdirmək niyyəti güdürlər. Lakin praktika göstərdi ki, artıq bu cür ssenarilər effekt vermir.
Antiazərbaycan kampaniyasına qoşulan dünyanın aparıcı KİV-ləri
(BBC, Quardian, İndependent, Assosiated Press) qərəzli dairələrin
sifarişi əsasında ilk Avropa Oyunları ilə bağlı dezinformasiya
xarakteli məlumatlar yaymaqla əslində Bakı-2015 yarışlarını yox, öz
nüfuzlarını gözdən saldılar, özlərini ifşa etdilər. Sarı bulvar
mətbuatından heç nə ilə fərqlənmədiklərini təsdiqlədilər.
Müttəfiq ölkələrdəki "5-ci kolon"un bu çirkin siyasətə cəlb
edilməsinə gəlincə, bu ssenarinin də işləməyəcəyi aydındır. İlk
növbədə ona görə ki, artıq bu qərəzli ünsürlər Rusiya-Ukrayna
münaqişəsi zamanı lazımi qədər istifadə olunublar. Və müttəfiq
ölkələrdə də cəmiyyətin mütləq əksəriyyəti "5-ci kolon" qismində
çıxış edən bu qərəzli daiərələrin eyni mərkəzdən idarə olunduğunu,
sifariş yerinə yetirdiyini anlayır. Bu baxımdan istər "Moskotayms",
istərsə də "Kiyevpost"un imici, onların hansı dairələrə qulluq
etdiyi, kimlər tərəfindən idarə olunduğu bəllidir. Sözügedən
nəşrlərin oxucu auditoriyasının da kimlərdən ibarət olduğunu təxmin
etmək o qədər çətin deyil. Digər tərəfdən, Azərbaycanın müttəfiq
ölkələrlə əməkdaşlığı geniş coğrafiyanı əhatə edən, balanslı xarici
siyasətlə tənzimlənir. Bu gün rəsmi Bakının siyasi və iqtisadi
iradəsi sayəsində reallaşan qlobal enerji layihələri heabına
regionda yeni, çoxtərəfli əməkdaşlıq modeli formalaşıb. İstər
regionda, itərsə də Avropada etibarlı tərəfdaş imici qazanan
Azərbaycan müttəfiqlərilə münasibətləri hansı səviyyədə inkişaf
etdirməyi də özü müəyyən edir. Bəlli çevrələrin idarə etdiyi "5-ci
kolon"un destruktiv fəaliyyətinin isə müttəfiq ölkələrlə
münasibətlərə təsir edəcəyinə inanmaq sadəlövhlük olardı. Bu
baxımdan ilk Avropa Oyunlarını gözdən salmağa hesablanmış
arqumentləri tamamilə tükənən ABŞ-ın dirijor çubuğunun müttəfiq
ölkələrdə də boşa çıxacağı dəqiqdir. (milli.az)
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi