Qənirə Paşayeva: “Ərazi bütövlüyü məsələsində beynəlxalq təşkilatlarda işbirliyinın daha da güclənməsinə ehtiyac var”
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva: “Ərazi bütövlüyü məsələsində beynəlxalq təşkilatlarda işbirliyinın daha da güclənməsinə ehtiyac var”

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Strasburqda Gürcüstan Parlamentinin 1-cı vitse-spikeri Manana Kobakhidze və nümayəndə heyəti üzvləri ilə görüşüb.

Publika.az xəbər verir ki, millət vəkili Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləri olduğunu bildirib.

Azərbaycan və Gürcüstanın hər ikisinin ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiyini bildirən Q. Paşayeva bu problemin də hər iki ölkəni birləşdirdiyini vurğulayıb. Bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.

O, bildirib ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkilləri bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birilərinə qarşılıqlı dəstək göstərməlidir.

Bu fikirlə həmfikir olduğunu bildirən Gürcüstan parlamentinin 1-ci vitse-spikeri deyib ki, bu problemlər xüsusi olaraq müstəqil, güclü Azərbaycan və Gürcüstanın formalaşması və inkişafına mane olmaq üçün yaradılıb. “Ona görə də ölkələrimizin ərazi bütövlüyünün bərpası istiqamətində hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir”.

Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan Manana Kobakhidze iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənməsinin sevindirici hadisə olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm