Adil Əliyev: “Azərbaycanı təxribatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər”
Bizi izləyin

Nida.az

Adil Əliyev: “Azərbaycanı təxribatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər”

Milli Məclisin (MM) deputatı Adil Əliyev özünün “facebook” səhifəsində AŞPA-da Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Arievin “Azadlıq” radiosuna Azərbaycanla bağlı verdiyi müsahibəsini şərh edib.

Publika.az-ın məlumatına görə, deputat A.Əliyev qeyd edib ki, sözügedən müsahibə məsuliyyətsizliyin və təxribatçılığın bariz nümunəsidir. Onun sözlərinə görə, V.Arievin müsahibəsi olduqca məsuliyyətsiz, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil: “Bu müsahibə dediyim kimi, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil. Hərə öz işi ilə məşğul olarsa, ölkəsinə daha çox fayda verə bilər. Təəssüf ki, bunu Ariev kimi insanlar başa düşmək istəmirlər.

Azərbaycan öz yolu ilə gedir. Bu, sabitlik və sülh, güclü iqtisadiyyat yoludur. Ölkəmizin siyasi strateji xətti kimləri narahat edirsə, bu, onların öz işidir və bizi maraqlandırmır. Onlar dərk etməlidirlər ki, Azərbaycanı hansısa təxribatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər. Çünki 7 il bundan öncə Gürcüstanın və hazırda isə Ukraynanın düşdüyü vəziyyəti görürük. Siyasətçilər real nəticələrə hesablanıb danışmalıdırlar. Sonda onu qeyd edim ki, belə şəxslərin danışdırılması, Azərbaycana qarşı qısqanclığın təzahürüdür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm