Deputat: “Avropa Oyunları Azərbaycanda turizmin inkişafına böyük təkan verib”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Oyunları Azərbaycanda turizmin inkişafına böyük təkan verib”

“İlk Avropa Oyunları Azərbaycanda böyük idman infrastrukturu yaradıb”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bu idman infrastrukturu gələcəkdə bütün sahələr üzrə tədbirlərin keçirilməsi üçün istifadə olunacaq. A.Mollazadə deyib ki, “Bakı 2015” I Avropa Oyunları Azərbaycanda turizmin inkişafına böyük təkan verib: “Bu isə Azərbaycan iqtisadiyyatının inkişafı deməkdir. Bununla yanaşı, Avropa Oyunları zamanı minlərlə azərbaycanlı gənc könüllü böyük təcrübə qazandı. Düşünürəm ki, bu gənclər Azərbaycanın gələcək inkişafında da öz töhfələrini verəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm