Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər imzalanıb
Bizi izləyin

Nida.az

Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər imzalanıb

İyulun 3-də Moskva şəhərində Azərbaycan və Rusiya gömrük xidmətləri arasında bir sıra sənədlər imzalanıb.

Dövlət Gömrük Xidmətindən Publika.az-a verilən məlumata görə, sənədlərin imzalanması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, göm­rük xidməti general-leytenantı Aydın Əli­yevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı baş tutub.

Sənədlərin imzalanmasından öncə Azərbaycan nümayəndə heyətinin Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə iki qonşu ölkənin siyasi-iqtisadi və mədə­ni sahələrdə əlaqələrindən söhbət açılıb. Azər­bay­can və Rusiya arasında ikitərəfli münasibət­lərin uğurla inkişaf etdiyi bildirilib, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Sonra Azərbaycan və Rusiya gömrük xidmətləri arasında sənədlər - “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsinin mütəmadiliyi Qrafiki” imzalanıb.

Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli­yev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıblar.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un imzalanması Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradacaqdır.

Protokol layihəsində müəyyən növ malların buraxılış məntəqələrindən keçirilməsi zamanı gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin bəzi kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm